Alman filosofu Kantın “praktiki postulatlar”ı

1.Əgər hamımız “sən etməlisən” mütləq borc tələbinə malikiksə,onda qəbul olunur ki,”biz edə bilərik” (“malıdır” “bilər”i törədir).Başqa halda,bu tələb mənasız olardı.Beləliklə,biz azad iradəyə malik olmalıyıq.
2.Borcun mütləq prinsipi öz ardınca onu gətirir ki,biz mükəmməllik axtarmalıyıq.Amma o,dünyəvi həyatda mümkün deyildir.Deməli biz ölməz olmalıyıq ki,mükəmməllik tələbi mənaya malik olsun.
3.Bütün bunlar öz ardınca ümumdünya əxlaqı nizamın mövcudluğunu gətirir.O,başqa amillərlə yanaşı,borc və nəticə arasında harmoniyanı törədir ki,bunun da nəticəsində bizim əxlaqi iradəyə əsaslanan əməllərimiz yaxşı nəticələrə gətirir.Deməli,”dünyanın əxlaqi bölüşdürücüsü” mövcud olmalıdır.Başqa sözlə Tanrı mövcud olmalıdır

Q.Skirbekk,N.Gilye “Fəlsəfə tarixi”
XVIII fəsil-Kant fəlsəfədə “Kopernik inqilabıdır”

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı FELSEFE içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.