OTİZM – AUTİZM

Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000 adama bir ya da iki halda olaraq təxmin edər. Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır.
Autizm beyinin bir çox qisiminə təsir edər amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda, bunda müvəffəq ola bilməkdədir.1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. . Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir;artıq insanlar birlik içində bir çarə axtarmaqda və autizmli xəstələri cəmiyyətin bir üzvü kimi qəbul etməkdədirlər

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı SAĞLIK içinde yayınlandı ve , , , olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.