Hz Mövlana – SEV də GƏL Övladım SEV də GƏL

Bir gənc Hz Mövlananın qapısına gəlib : ” Məni müridliyə qəbul edin” deyib xahiş edir…
Mövlana gəncə baxaraq ”Heç aşiq oldunuzmu, övladım ?” deyə sual verir..
Gənc suala təəccüblənib, nə deyəcəyini bilməz bir halda baxarkən…
Hz Mövlana, müridliyə qəbul olunması üçün əvvəlcə bir qulu sevməsinin lazım olduğunu deyib, gənci geri göndərir…
Olanların səbəbini anlamayan gənc sonrakı gün təkrar təkkənin qapısını döyüb istəyini təzələyir.
Mövlana isə sualını təkrarlayıb gənci təkrar geri göndərir.
Üçüncü gün gənc yenə gəlir və Mövlana həzrətlərindən bu istəyinin səbəbini soruşur.
Hz Mövlana üzündə parıltılı bir təbəssümlə gəncə ” Bir qulu belə sevməkdən aciz olan ucalar ucası
ALLAHa aşiq olmağa necə yol tapar ? Bir qulun atəşinə yanmamış könül, ucalar ucasının eşqini necə bilsin də yansın?…
SEV də GƏL Övladım SEV də GƏL….

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı FELSEFE içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.