Mirzə Şəfi Vazehdən 25 hikmətli söz

1)Hikmətin başı Allahdan qorxmaqdır.
2)Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.
3)Lal dil yaxşıdır, yalançı dildən.
4)İbadət şəhvəti öldürür.
5)Anlamaz özünə düşməndir, özgəyə necə dost olur?
6)Nəfs irzini tərk eyləməz ölənədək.
7)Hər kəsin təcrübələri çoxdur, əqli dəxi çoxdur.
8)Tənbəllik və çox yatmaq insanı Allahdan uzaq eylər və fəqirliyi artırar.
9)Evdən irəli qonşunu axtar və yoldan irəli yoldaş.
10)Acığın əvvəli dəlilikdir, axırı peşimanlıq.
11)Hər kəsin həvası əqlinə qalibdir, həlak olur.
12)Fəqirlik yaxşıdır haram dövlətlilikdən və kasıblıq xoşdur zülmdən.
13)Xəlq ölüdür və elm əhli diri.
14)Dirilik od kimidir, əvvəli tüstü, axırı kül.
15)İnsana çətinraqdır öz nəfsini tanımaq.
16)Xalqın elmləri ikidir: həqiqətdir ki, onu təhsil eyləməkdə aciz olur və batildir ki, onun təhsili faidə verməz.
17)Səbirsiz fəqir yağsız çıraq kimidir.
18)Dünyanın və malın dostluğu hamı xətaların başıdır.
19)Tələsməkdə peşmanlıq var, səbrdə salamat.
20)Diri it ölü aslandan yaxşıdır.
21)Qardaşların yaxşısı o kəsdir ki, xəbərləndirə qardaşını şərdən, qoruya və xeyrin tərəfinə yol göstərə.
22)Ölüm yavuqdur bizlərə, necə ki, kirpik gözə yavuqdur.
23)O kəs ki, özkənin sirrini sənə deyir, sənin sirrini dəxi özgəyə deyər.
24)Alim cahili tanır, ondan ötrü ki, o cahil var idi və cahil alimi tanımaz o səbəbdən ki, o alim olmayıbdır.
25)Əqilli düşmən nadan dostdan yaxşıdır.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı ANLAMLI SÖZLER içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.