Nəsrəddin Tusi – Nasîrüddin Tûsî

19 Fevral Dahi şəxsiyyət, filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Nəsirəddin Tusinin doğum günüdür.
Nəsirəddin Tusi Məhəmməd ibn Məhəmməd ibn Həsən (19.2.1201, Tus – 25.6. 1274, Bağdad) – ensiklopediyaçı alim, filosof, ictimai-siyasi xadim. Tusi onun nisbəsi, Nəsirəddin (dinin tərəfdarı) ləqəbidir. Məhəmməd adının əvəzedicisi Əbu Abdulla, yaxud Əbu Cəfər künyələri ilə də tanınmışdır. Ona Xacə (Cənab), habelə həmin mənada Mövla demişlər. İlk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusiyə 30.6.1222-ci ildə Müinəddin Salim Misri tərəfindən hədis söyləmək icazənaməsi verilmişdir.
Nəsirəddin Tusi ismaililərin başçılarından olan Kuhistan hakimi Nasirəddin Möhtəşəmin dəvəti ilə İsfahana getmiş, rəğbətlə qarşılanmışdır. Lakin aralarında baş verən müəyyən narazılıq nəticəsində Nəsirəddin Tusiyə inam azalmış və o, Ələmut qalasında, bir növ, həbsdə yaşamışdır. Hülaku xan 1256-cı ildə ismaililərin hakimiyyətinə son qoyarkən Nəsirəddin Tusini azad edib, özünə məsləhətçi götürmüşdür. Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış, insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmiş, onları ölümdən qurtara bilmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdır
Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdır. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 min cilddən çox kitabı olan zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Maraqlıdır ki, onun dəfn olunduğu sərdabə Nəsirəddin Tusi anadan olan vaxt – hicri tarixi ilə 75 il, 7 ay, 7 gün əvvəl, xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanılmışdı.
Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Əvhədi Marağayi (1274-1338) “Dəhnamə” məsnəvisini (1306) Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənə ithaf etmişdir. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın (1587-1629) oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı 17-ci əsrdə Ordubadda tikilmiş böyük cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur.
Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin “İmamətə dair traktat” (“Risab fı-1-imamə”) və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir. Nəsirəddin Tusi “Cəbr və qədr” traktatında insanın iradə azadlığını məqbul saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər. Nəsirəddin Tusinin fəlsəfəyə dair traktatlarında İbn Sinanın “İşarələr və qeydlər” kitabının şərhinə həsr olunmuş “Problemlərin
həlli” (“Həll əl-müşkilat”), “Kəlamın təcridi” (“Təcrid əl-kəlam”), “İqtibasın əsası” (“Əsas əl-iqtibas”) ilahiyyat məsələlərinə də müəyyən yer verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda “Problemlərin həlli” traktatının 13 və 17-ci əsrlərə aid əlyazması nüsxələri vardır. Nəsirəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, Şərq peripatetizmini inkişaf etdirmişdir. Nəsirəddin Tusi varlığı ilk səbəb və nəticə timsalında qisimlərə bölüb, onlar arasında zaman fərqinin olmadığını göstərmiş, mümkün varlığı, o cümlədən maddi aləmi əzəli və əbədi saymışdır. Filosofun varlıq təlimində materiya və formanın vəhdəti, hərəkətin kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə növləri, zaman və başqa fəlsəfi kateqoriyalar riyazi və təbii-elmi fikirlərdən misallarla hərtərəfli və dərindən işıqlandırılmışdır. Nəsirəddin Tusi “Problemlərin həlli” traktatında sxolast Fəxrəddin Razinin (1148-1210) İbn Sinaya qarşı qərəzli müddəalarını təkzib etmiş, peripatetik filosofa haqq qazandırmışdır. Nəsirəddin Tusinin idrak nəzəriyyəsində idrak prosesinin hissi və əqli mərhələləri elmi şəkildə şərh edilmiş, hisslər vasitəsilə şeylərin zahiri cəhətlərinin, əqllə isə onların mahiyyətinin dərk olunduğu göstərilmişdir. Filosofun məntiq təlimində təfəkkür formaları və onların növləri xüsusi araşdırılır.
Nəsirəddin Tusinin etik və ictimai-siyasi görüşləri əsas etibarilə 1235-ci ildə Nəsirəddin Möhtəşəmin şərəfinə yazılmış “Əxlaqi-Nasiri” əsərində əksini tapmışdır. Ümumi fəlsəfı məsələlərə də müəyyən yer verilmiş bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Diqqəti insan və cəmiyyət münasibətlərinə yönəldən Nəsirəddin Tusinin idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların “ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi” zəruri sayılır. Nəsirəddin Tusi fiqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. Nəsirəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şerlərin də müəllifidir. Nəsirəddin Tusinin dünyagörüşü, geniş mündəricəli fəlsəfəsi, mütərəqqi etik və ictimai-siyasi, habelə ilahiyyata dair fikirləri təkcə tarixilik baxımından deyil, bugünün özündə də böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir.
Nəsirəddin Tusinin riyaziyyat, astronomiya və fizika sahələrində misilsiz xidmətləri vardır. “Zic Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta 17-ci əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdir. Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyasının qiyməti (51″4) tapılmışdır (müasir qiyməti 51″2). “Zic Elxani” əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də verilir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və 13-cü əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir. X. Kolumbun müəllimi P. Toskanelli bu cədvəldən istifadə etmişdir. Cədvəl Londonda (1652) və Oksfordda (1711) ərəb və latın dillərində çap edilmişdir. 1266-cı ildə Marağa rəsədxanasına gəlmiş azərbaycanlı mühəndis Kəriməddin Səlmasi alman alimi Martin Böhaymdan (1459-1507) 2 əsr əvvəl coğrafı qlobusu hazırlamışdır. Nəsirəddin Tusinin “Təhriri-öqlidis” (“Evklidin şərhi”) əsəri həndəsənin inkişafına təkan vermiş, Romada ərəb (1594) və latın (17 əsr) dillərində nəşr olunmuş, fransız riyaziyyatçısı A. Lejandrın, ingilis riyaziyyatçısı C. Vallisin və italyan alimi C. Sakkerinin işlərinə böyük təsir göstərmişdir. Nəsirəddin Tusi bu əsərdə və “Həndəsənin əsasları”nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmışdır. Arximedin “Kürə və silindr” və “Dairənin kvadratlanması” əsərlərindəki nisbətlər nəzəriyyəsini Nəsirəddin Tusi inkişaf etdirmişdir. Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir

—-

Doğum 19 Şubat 1201

Ölüm 26 Haziran 1274 (73 yaşında)

Nasureddin Tusi, 1201 ile 1274 yıllarında yaşamış bilgin, islam filozofu. Sözkonusu dönem, Moğol istilası sebebiyle Bağdad’da, bir yandan karanlık bir dönem bir yandan da önemli düşünce okullarının kurulduğu ve islam bilim kurumlarının açıldığı bir dönem oldu. Nasîrüddin Tûsî’de bu dönemde yetişmiş Şiî dünyasının tanınmış bir bilgesi olmuştur.

Yaşamı

Nasîrüddin Tûsî, babasının ve dayısının etkisiyle erken yaşlardan itibaren kelâm, felsefe ve matematik ile ilgilenmeye başladı. Felsefi gelişmesinin belirli bir evresinde İbn-i Sina’nın İşârât’ını okudu ve uzun yıllar bu metinle uğraştı. Bu uğraşmaların ardından en önemli eserlerinden biri sayılan Şerh-i İşârât´ı kaleme aldı.

Tûsî çifti.Kemalûddin Hâsip’ten matemetiği ve Burhanüddin Hamedanî’den hadisleri öğrendi. Pek çok bilgi dalıyla ilgilendi ve derinleşmeye çalıştı; tanınmış bilginler yetiştirdi (Allâme Hillî, Kutbüddin Şirvanî gibi).İsmaili mezhebinden ve edebiyat, tasavvuf ve felsefe ilgilisi Nasîrüddin Ebu’l-Feth b.Mansûr’nin meclisinde yer aldı. Abbasi halifesi El-Mûtasım’ı öven bir kaside yazdıktan sonra araları açıldı ve sürgüne gönderildi.

Hassan Sabah’ın yedinci halefi Khudavend Alaüddin aracılığıyla Alamut kalesinde saklandı. Daha sonra, 1247’ye kadar, yarı tutuklu olarak Meymûn Daye kalesinde tutuldu. Moğolların kaleleri ele geçirmesiyle serbest kaldı. Moğol hükümdarı Hülâgu’nun müşaviri olarak görev aldı ve bütün bilimsel ve felsefi çalışmalarında ondan destek aldı. Ünlü Marâgâ Rasathanesini bu sırada kurdu ve bu kurum en büyük islam bilim kurumlarından biri olarak yer aldı. Rasathanenin yanında büyük bir kütüphane kurulması da gerçekleştirildi, burada dört yüz bin kitabın toplandığı sanılmaktadır. Hûlagü han bir yandan Bağdadı yakıp yıkan bir yandan da orada yeniden bilim kurumlarının kurulmasını destekleyen kişi oldu. Daha sonraki hükümdar Abaka Han tarafından da destek gördü ve yaşlılığında bu destek sayesinde önemli eserlerini üretti.

Felsefesi

Nasîrüddin Tûsî, islam felsefesinde yeni bir felsefe ekolü ortaya koymamıştır, ancak yine de felsefi çalışmaları derinlik ve kapsamıyla etkili olmuş bir bilge olarak yer edinmiştir. Daha çok meşşai filozoflarının yolundan gitmiş olduğu söylenebilir, onların felsefi tezlerini Şiiliğin prensiplerine uyarlamaya çalıştı. İslam dünyasında ilk defa bir sistematik etik kitabını yazan kişi oldu. Sisteminde Aristoteles’in ahlak ilkeleriyle Gazâli’nin mistik ve tasavufi ahlak düşünceleriyle bir arada değerlendirmeye çalıştı. Bir tür sentez arayışında oldu. Bu ahlak felsefesinin bir bölümünü de eğitim konusundaki düşünceleri oluşturmaktadır. Ona göre çocuğun doğumundan itibaren ona uygun bir ad verilmeli (çünkü adlar kader üzerinde etki yapar), iyi bir sütanneye sahip olmalı ve yetişme döneminde çocuk kötü huy edineceği ortamlardan korunmalıdır. Bu süreçte ona aklını kullanmasını ve akıl yoluyla elde edilen erdemleri sevmesini öğretmek gerekir. Arzularına hakim olmanın ve kendini tutmanın bir erdem olarak öğretilmesi gerekir. Bundan sonra ise çocuk hangi sanata ya da ilgiye yetenekli ise ona yönlendirilmeli ve özendirilmelidir.

Kitapları

Şerh’i İşârat (temel felsefe kitabı, 20 yılda hazırlanmış)
Zic-i İlhânî (astronomi hakkında)
Tecrid-ül-akâid (kelam kitabı)
Tezker-i hayat
Tahrir-i Öklides
Tahrir-ül-Macestî
Esas-ül-iktibas (Mantık kitabı)
Esraf-ül-eşraf
Ahlak-ı Nâsırî
Fusul
El-Mesail El-Hayriyat
Bahnâme (Tıp bilimi kitabı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı FELSEFE içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.