CƏFƏR CABBARLI

20 mart Dahi Cəfər Cabbarlının doğum günüdür.

CƏFƏR CABBARLI (1899-1934)

XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin “Dağlı Məhəlləsi” adlanan yuxarı hissəsində yaşamışdır. Cəfərin atası təxminən 1901-1902-ci illərdə ürək xəstəliyindən vəfat etmişdir. Yazıçının anası Şahbikə xanım namuslu ve çalışqan bir qadın idi. Onun dörd oğlu var idi. Kiçiyi Cəfər idi. Şahbikə heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir az sonra ise Molla Qədirin yanında Quran oxumağa qoyur. Mollaxananın ona bir şey vərməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə “Stariy Poçtovı-25″də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci Müsəlmani və rusi” məktəbinin birinci sinfinə daxil olmuşdur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə “7-ci Müsəlmani və Rusi” məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cabbarlı sənədlərini Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə vermişdir.
Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçe şer, hekaye, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ile qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə hesab edilirdi ki, Cabbarlının ilk menzuməsi 1915-ci il aprel ayının 3-de “Məktəb” jurnalının 6-cı nömresinde çap olunmuş “Bahar” şeridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik ve satirik şerlerinin tarixini 1915-ci ilin aprel ve iyun aylarında çap edilmiş “Bahar” ve “El Götür” şerlerinden deyil, “Həqiqəti-Əfkar” qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsinde dərc edilmiş “Eşidənlərə” və “Şücaətim” şerlərindən başlamaq lazımdır.
C.Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin tibb fakültəsine daxil olmuşdur. O, burada oxumuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
1915-1920-ci illər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca “Vəfalı Səriyyə yaxud Göz Yaşı içində Gülüş”, “Solğun Çiçəklər”, “Nəsrəddin Şah”, “Trablis Müharibəsi və ya Ulduz”, “Ədirnə Fəthi”, “Bakı Müharibəsi”, “Aydın” kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik ve satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir
Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934 -cü illər arasındakı iyirmiillik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nezerde tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyeti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua ve mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çetin ve ziddiyyətli olsa da, esasen, yüksəliş və tərəqqi yolu olmuşdur. Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsinde mühüm rol oynamışdır. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır.! C.Cabbarlının pyes ve hekayələrində olduğu kimi, satirik şerlərinde də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Onun 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi “Aydın” və “Oqtay Eloğlu” pyesləri oldu. “Yaşar” Cabbarlının son tamamlanmış əsəri idi.
1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi O, 1928-ci ildə Mirze Fətəli Axundovun “Hacı Qara” pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinomatoqrafiya tariximizin qızıl fonduna “Sevil”, “Almaz” kimi gözəl filmler bəxş etmişdir.
C.Cabbarlı 1934-cü ilin 31 dekabrında ürək iflicinden vəfat etmişdir.

Cafer Cabbarlı

Doğum 20 Mart 1899
Hızı, Bakü Guberniyası, Rusya İmparatorluğu
Ölüm 31 Aralık 1934
Bakü, Azerbaycan SSC, SSCB

Cafer Cabbarlı (Cəfər Cabbarlı, d. 20 Mart 1899, Hızı – ö. 31 Aralık 1934, Bakü), Azeri oyuncu, şair, yazar, senaryo yazarı, yönetmen. 1915 yılından lirik ve Satirik şiirler, hikaye ve dram eserleri yazmaya başlamıştır. Azerbaycan tiyatro sanatının gelişmesinde büyük hizmeti olmuştur.[1]

“Cabbarlı kendi yaratıcılığında Azerbaycan klasik dramatizmin en güzel yönlerini göstermek ile beraber dünya çapında ki eserlerden faydalanmıştır. İbsen gibi güncel, kesin ve cesur, Schiller gibi asi, Shakespeare gibi engin ve rengarenk, Gorki gibi iddalı olmaya çalışan, öğrenen, arayan Cabbarlı Azerbaycan’da yazıları ile sosyal realizmin temelini atmıştır. ”

Hayatı :

XX yüzyıl Azerbaycan edebiyatının, kültürünün, sanatının gelişmesinde müstesna hizmetler göstermiş görkemli şair, yazar, çevirmen, senarist, gazeteci Cafer Cabbarlı 1899 yılının 20 Mart günü Bakü’ye 110 km uzaklık da bulunan Edirne’nin köyünde yoksul bir köylü ailesinde doğdu.

Cafer’in ailesi 1903 yılında Bakü’ye taşınarak şehrin “Dağlı mahallesi” denen üst bölümünde yaşamıştır.

Babsı Bakü’de küçük çaplı ticaret ile uğraşıyordu. Küçük Cafer ara sıra Edirne’ye gidiyor, orada şiirler yazan halası Zernişanla, dağ köylerindeki akrabaları ile buluşuyordu.

Yazarın annesi Şahbike hanım namuslu ve çalışkan bir kadındı. Kocası Qafar erkek 1902 yılında vefat ettikten sonra ailenin bütün ağırlığı annenin üzerine düştü.

Cafer Cabbarlı küçük yaşlarında Kur’an okumayı mahalle mollasından öğrenmiştir. Sonraki eğitimi Rusça olmuştur.

İlk tahsil yılları :

Azerbaycan Edebiyatı tarihinde özel bir yer tutan Cafer Cabbarlının adı görkemli klassiklerde ilk sırada gelir.

XX yüzyılın ikinci on yılı içinde yaratıcılığa başlayan Cafer Cabbarlı zengin ve kapsamlı yaratıcılık yolunu geçerek, edebiyatın hem şiir, hem dram, hem de nesir türlerinden beceriyle kullanmıştır. Cesaretle neredeyse modern Azerbaycan edebi dilin oluşmasında onun müstesna hizmetleri vardır.

Annesi Şahbikə en azından küçük oğlunu eğitimden mahrum etmemek için Caferi öncelikle mahalle mollasının yanında okumaya, biraz sonra Molla Kadiri’nin yanında Kur’an okumaya yollar. Bu dönemlerde 6-7 yaşında olan Cafer annesinin pişirdiği ekmekleri tüccarların dükkanına taşımakla ailesine yardım ediyor. Mollanın ona bir şey vermeyeceğini anlayan Cafer başka şehir çocukları ile birlikte 1905 yılında “Starıy Poçtovı-25” de Hacı Məmmədhüseyn Bedelovun özel mülkünde açılan üç sınıflı “7. Müslümanı ve Rusça” okulunun birinci sınıfına kayıt olmuştur.

Cafer’in ilk öğretmenleri seçkin eğitimci-yazar Süleyman Sani Axundov, Abdullah Saik, Rahim bey Şıxlinski, Əliməmməd Mustafayev idi. Cafer Cabbarlı 1908 yılında “7. Müslümanı ve Rusça” okulunu bitirip bir süre ailesine yardım etti.

Cafer’in el yazmaları içerisinde henüz tamamen bitmemiş, okullu hattı ile yazılmış birkaç şiir, hikaye, opera metni ve hatta roman da vardır. Bazı araştırmacılar Cabbarlının 1913 yılından kendi yazıları ile gazete kontrollerine geldiğini gösteriyorlar. 1990 yılının başlarına kadar böyle hesap ediliyordu ki, Cabbarlının ilk manzumesi 1915 Nisan ayının 3’ün de “Okul” dergisinin 6. sayısında yayınlanmış “Bahar” şiiridir

1915 yılında Bakü Politeknik Okulu’nun elektro-mekanik şubesine giren yazar 1920 yılı Mayıs ayının 6’sın da eğitimini tamamlayarak diploma almıştır.

Cafer Cabbarlı 1920 yılında Bakü Politeknik Okulu’nu bitirdikten sonra Azerbaycan Devlet Üniversitesi tıp fakültesine girmiştir. O, burada okumuş, fakat bu sanat onu ilgisini cekmediğinden dilekçe yazıp bu fakültədən çıkmıştır. 1923 yılının Eylül ayından Cabbarlı sahne alemi ve tiyatro tarihi ile yakından tanışmak amacıyla Bakü Türk Tiyatro Okulu’nda konuşmalara katılmaya başlamıştır. Aynı zamanda 1924 yılında Azəraycan Devlet Üniversitesi Doğu Fakültesi tarih bölümünde de eğitimine devam etmiştir.

1915-1920 yılları Cafer Cabbarlının sadece öğrencilik yılları değil, edebiyata, sanata geldiği dönemdir. O, birbiri ardına “Vefalı Seriye veya göz yaşları içinde gülüş”, “Solgun çiçekler”, “Nasreddin Şah”, “Trablis savaş veya Yıldız”, “Edirne fethi”, “Bakü Savaşı”, “Aydın” gibi Azerbaycan sahnesini düşündüren eserler yazmış, lirik ve Satirik şiirlerle, bir takım hikayelerle çeşitli basın organlarında konuşmalar yapmıştır.

Yaratıcılığının ilk dönemi:

Lirik ve Satirik şiirleri. Hikayeleri ve ilk dram eserleri

Cabbarlının yaratıcılığı zaman itibariyle çok devam etmese de, siyasi-sosyal yönden çok önemli bir dönemi, 1915-1934 yılları arasındaki yirmi yıllık bir tarihi aşamayı kapsamaktadır. Çok önemli sosyo-politik olaylarla dolu olan bu tarihi dönemi kastederek diyebiliriz ki, Cabbarlının edebi faaliyeti Azerbaycan’da, özellikle Bakü’de kapitalizm ilişkilerinin hızla geliştiği burjuva ve mülkədar Azerbaycanının işçi-köylü Sovyet Cumhuriyeti’ne dönüştüğü yıllarda geçmiştir. Cabbarlının büyük yaratıcılık yolu zor ve çelişkili olsa da, esasen, yükseliş ve kalkınma yolu olmuştur.

Azerbaycan demokratik-realist klasik edebiyatına, zengin halk yaratıcılığına dayanan Cabbarlı, başlıca olarak, Mirza Feteli Axundov realizminden yararlandı. Mirza Feteli Axundovun maarifçi-demokratik fikirlerini, yaşamla derinden bağlı olan realizmini Cabbarlı genellikle Azerbaycan Edebiyatı için, özellikle kendisi için en doğru bir yaratıcılık yolu hesap etti.

Cabbarlının dayandığı gerçekçilik halk hayatı ile, Azerbaycan insanlarının özgür ve güzel yaşam hakkındaki arzuları ile, halkın ileriye, ışığa ve sadakate doğru coşkun eğilimleri ile ilgili idi.

Belirtildiği gibi, Cabbarlı edebiyata şiirle gelmişti ve ilk matbu şiirleri 1911 yılında “Hakikat-i Efkar” gazetesinde yayınlananmıştır.

Genç Cabbarlı henüz çocuk yaşlarından insanların ağır durumunu, toplumun yoksullara ve zenginlere bölündüğünü görür, insanların ağır, meşakkatli hayat içerisinde yaşamasını müşâhede eder ve tüm bunları kaleme almaya, onlara kendi yaklaşımını anlatmaya çalışır.

Yazar 1934 yılının sonunda, 31 Aralık, sabah saat 4 de kalp krizi sonucu vefat etti.

Jafar Jabbarly (Jafar Gafar oglu Jabbarly, often spelled Jabbarli) (Cəfər Cabbarlı, 20 March 1899, Xızı – 31 December 1934, Baku) was an Azerbaijani playwright, poet, director and screenwriter.

Literature and theatre:

After his father’s death in 1902, Jabbarly’s mother moved to Baku with her four children. In 1915, Jabbarly graduated from high school and studied electromechanics at Baku Polytechnicum for the next 5 years. In 1920 he was admitted to Azerbaijan State University to study applied medicine but due to his lack of interest soon switched to Oriental studies. In 1923, he started attending lectures at a local theatre to fulfill his interest in drama.

Jafar Jabbarly started writing poems in his early teenage years and was reported to have had his first poems published in the Azeri newspaper Hagigat-i Afkar in 1911. In the following years, he wrote more than 20 plays, as well as poems, essays, short stories, and articles. His works were very much influenced by the 1920s propaganda of Communist glory and celebrated appropriate themes such as equality, labour, education, cosmopolitanism, emancipation of women, cultural shifts, etc. Jabbarly’s major accomplishment in introducing European plays to average Azerbaijanis was translating William Shakespeare’s Hamlet into Azeri in 1925 and directing it at the Azerbaijan Drama Theatre a year later.

Film :

Jafar Jabbarly is considered the founder of screenwriting in Azerbaijan. Two of his plays, Sevil and Almaz, were made into films in 1929 and 1936 respectively. Both focused on the theme of the role of women, their oppression, struggle, and ultimately, victory over dated patriarchal traditions.

Jafar Jabbarly died at the age of 35 of heart failure and was buried at the Alley of Honor. The national film studio, Azerbaijanfilm, a street and a subway station in Baku are named after him.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.