MARKSİZM VƏ MARKSİZMİN DOĞUŞUNU HAZIRLAYAN MÜHİT

Marksizm fəlsəfəsi, iqtisad nəzəriyyəsi və iqtisad siyasəti sistemi ilə bütünlüyü olan bir təlimdir. Marksizm təməldə üç elementdən əmələ gəlir. Bunlar:
• Fəlsəfəsi
• İqtisad sistemi
• İnqilab nəzəriyyəsi və gələcəyin cəmiyyətidir.

Bu qaynaqlari etibarıyla Marksizmin 19- cu əsr Avropasının ən inkişaf etmiş üç ölkəsindəki ideoloji axınları götürüb, davam etdirdiyi və tamamladığı deyilə bilər. Necə liberal qaynaqlı iqtisad nəzəriyyəsinin zaman və məkan içində davamlı bir təkamülü varsa, Marksizm də, daha sonra, Leninizmlə, Maoizimlə bir inkişaf keçirmişdir. Ancaq SSRİ və Şərqi Avropada kommunizmin çökməsi, Qərbi Avropada kommunist partiyaların parçalanması və bir çox Marksist nəşr orqanının həyatını tamamlaması ilə ideologiya faktorluğunu, cazibəsini və populyarlığını itirdi. Yəni, təlimin təkamül müddəti dayandı. Səbəbi təlimin vəd etdiyi utopiya ilə yaşanan gündəlik gerçəklərin əlaqəsizliyi idi.

Marksizmin qurucuları K. Marks (1818 – 1883) və F. Engels (1820 – 1895)dir. Marks təhlillərində daha dərin və sistemli, Engels isə daha açıq və aydındır.

Marksın sisteminin bütününü əhatə edəcək şəkildə fəlsəfəsi, iqtisadi analizi və inqilab nəzəriyyəsiylə əlaqədar şərhləri, tək bir əsərində yox; fikirləri, çox sayda əsər arasında yayılmışdır. Ayrıca təliminə əlavə etmədiyi bir çox əsəri də vardır.

Marksist təlimin doğuşunu hazırlayan bir tərəfdən, həmin dövrün gerçəkləri, bir tərəfdən də dövrün hakim düşüncə axınıdır. Sənaye kapitalizminin tez-tez iqtisadi böhranlarla sarsılması, fabriklərdə ödənişli işçi olaraq işləyən kütlələrin səfaləti, o dövrün konkret iqtisadi problemləri idi.

Dövrün düşüncə axınları isə, bir və ya digər şəkildə Marksist təlimində əks olundu. Darvinin, bioloji təkamül qanunlarını elmi yoldan şərhi, Marksa təsir etdi. Marks, Darvinizmdə sinif qarşıdurmasının bioloji təməlini tapdı.

Marks, klassikləri kimi kapitalizmdə universal və sonsuz bir nizam görməyib, bunun keçici olduğunu cəmiyyətin təkamül qanunlarını axtararaq isbat etməyi sınadı. Bu baxımdan Marks öz sosializmini, daha yaxşı bir dünya xəyal edən əvvəlki sosialistlərdən ayıraraq, elmi dillə xarakterizə etdi.

Marksizmin üç təməl elementini anlamaq üçün, bunları, təlimini hazırlayan mühitlə birləşdirmək lazımdır. Marksizmin fəlsəfəsi, insanlıq tarixinin təkamül qanunlarını müəyyən bir üsulla ortaya çıxarmağa yönəlmişdir. Marksist iqtisadiyyat, kapitalizmin həqiqi bir təhlili və tənqididir. Kapitalizmin necə işlədiyini və bu işləmə forması sonunda nə üçün çökəcəyini açıqlayan qanunlarla əlaqədardır. İnqilab nəzəriyyəsi də, kapitalist cəmiyyətin dağılmasının və yeni bir ictami formasiya olan sosializmə keçişin nəzəriyyəsidir.
Paylaşdı: A.Nəsibli

http://www.facebook.com/#!/sociology.center

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EKONOMİ, FELSEFE içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.