Albert Eynşteyndən gündəlik həyatınızda istifadə edə biləcəyiniz 10 qızıl dərs.

1.Heç bir səhvi olmayan insan, yeni bir şey etməyə cəhd belə etməyib.
İnsanların əksəriyyəti səhv etmək qorxusundan, həyatında yenilik etməkdən çəkinirlər. Ancaq, bundan qorxmaq lazım deyil. Əksər hallarda, məğlub olmuş şəxs uğuru heç nədən qazanmış insandan daha güclü olub, qələbəni necə əldə etməyi öyrənir.
2. Təhsil – məktəbdə öyrədilənlərin hamısı yaddan çıxdıqdan sonra qalanlardır.
30 ildən sonra (bəlkə də daha tez), siz məktəbdə öyrəndiyiniz hər bir şeyi unudacaqsınız, yerdə qalan yalnız özünüzün öyrəndikləri olacaq.
3. Öz xəyallarımda mən bir rəssam kimi rəsm çəkirəm. Xəyal biliklərdən vacibdir. Biliklər məhdudurlar. Xəyallar isə bütün kainatı əhatə edir.
İnsanların daş dövründən, indiki inkişaf səviyyəsinə kimi gəlib çatmasını nəzərdən keçirtdikdə, xəyalın gücünü anlayırsan. Hal-hazırda bizim istifadə etdiklərimiz, əcdadlarımızın xəyallarının nəticəsidir. Sabah bizdə olacaqlar isə bu günkü xəyallarımızın nəticəsi olacaqlar.
4. Anı yaşa.
Anı yaşayın.Mən gələcəyi heç düşünmürəm,nə də olsa gələcəkdir.Önəmli olan indidə olmaqdır,indini yaşamaqdır.Mühim olan tək an məhz indidir.
5. İnsan əldə edə biləcəyi ilə deyil, verə biləcəyi əsasında qiymətləndirilməlidir. Çalışın uğurlu deyil, qiymətli insan olasınız.
Bütün dünyada tanınmış insanlara baxsanız görərsiniz ki, onların hər biri bu dünyaya nə isə bir xeyir verib. Nəsə götürə bilmək üçün, ilk növbədə nəsə verməlisiniz.
6. . Yaradıcılığın sirri, ilhamın əmələ gəlmə mənbəyini gizlətmə bacarığıdır.
Sizin yaradıcılığınızın unikallığı onların əmələ gəlmə mənbələrini məharətlə gizlədə bilməyinizdən asılıdır.
7. Mən özümə və düşünmə tərzimə nəzər yetirdikdə anlayıram ki, fantaziya və xəyallarım mənim üçün dəyərlidir.
Həyatınız boyu əldə edə biləcəkləriniz haqqında düşünün,xəyallar qurun.Bu pozitiv həyatın ən əsas elementidir. İcazə verin xəyallarınız yaşamaq istədiyiniz dünyanı yaratsınlar.
8. Qalib olmaq üçün ilk növbədə oyuna başlamaq lazımdır.
Əgər siz uğurlu iş adamı olmaq istəyirsinizsə, ilk növbədə biznes ile məşğul olmağa başlamalısınız. Başlamaq istəyibdə, nəticələrdən qorxmaq sizə heç bir şey verməyəcək. Bu qanun həyatın digər hissələrində də keçərlidir: qalib olmaq üçün, ilk növbədə oyuna başlamaq lazımdır.
9. Əvvəl oyunun qaydalarını öyrənmək, sonra isə hər kəsdən yaxşı oynamaq lazımdır.
Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz, yalnız bu zaman hər kəsdən daha yaxşı oynaya bilrəsiniz. Bu qədər sadə.
10. Ən əsası sual verməkdən çəkinməyəsiniz. Hər şeylə maraqlanmaq istəyi insana hədər yerə verilməyib.
Ağıllı insanlar hər zaman sual soruşarlar. Məsələyə cavab tapmaq üçün, özünüzdən və digər insanlardan soruşun. Bu sizə yeni biliklər öyrənmək ile yanaşı, öz biliklərinizin inkişafını analiz etməkde kömək edər…

.L.Hacıyeva.

http://www.facebook.com/#!/Psychology.center.of.ph.a

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı FELSEFE içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.