AZƏRBAYCAN ŞAİRLƏR GÜNÜ

1999-cu ildə YUNESKO-nun 30-cu sessiyasında hər il 21 martı Ümumdünya Poeziya Günü kimi qeyd eləmək qərarı verildi. Həmin qərarda deyilirdi : “Poeziya ən vacib, ən dərin mənəvi suallara cavab verə bilər, bunun üçün ona ictimaiyyətin diqqətini daha çox cəlb eləmək lazımdır”
Əgər biz dünyanın sivil ölkələrinin mədəni təqvimlərinə göz atsaq görərik ki, məhz həmin tarixdən etibarən bir çox dünya ölkələrində poeziya festivalları, müsabiqələri start götürür. Məsələn, Birləşmiş Ştatlarda aprel ayı bütünlüklə poeziya ayı kimi yaşanır, poetik tədbirlərin zənginliyə ilə yadda qalır.Aprel- may-iyun aylarında xüsusən Avropa ölkələrində Beynəlxalq Şeir Festivallaı keçirilir. Və bütün bu tədbirlər iyun ayının birinci yarısına qədər yekunlaşır. Medelin, Venetsiya, Oslo, İstanbul, Varşava, Moskva və onlarla başqa ölkələrdə keçirilən beynəlxalq poeziya festivalları, biennalelər buna misaldır.
Bəs, bizdə vəziyyət necədir? Şairlər yurdu kimi tanınan müasir ölkəmizdə bir çox peşə bayramları ola-ola niyə “şairlər günü” olmasın? Bizim hər il iyun ayının 5-ni “Azərbaycan Şairlər Günü” kimi qeyd eləmək düşüncəmiz də əslində bu zərurətdən doğub. Soruşula bilər, biz elə həmin günü martın 21-I qeyd edə bilməzdikmi? Edə bilərdik, amma həmin gün Novruza təsadüf edir. Günü günə, bayramı bayrama qarışdırmaq olmazdı. Bir də “şairlər günü”nü Novruzun kölgəsində də itirmək olmaz..Təsadüfdürmü, qanunauyğunluqdurmu, amma 5 iyun günü bir tətəfdən dünyadakı poeziya tədbirlərinin sona yaxınlaşdığı tarixdir, yəni, Azərbaycan şairləri dünya şeiri sükut içində olanda belə danışıb, yazıb,danışır və yazır. Başqa tərəfdən isə bu böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür 5 iyun.
Odur ki, Gənc Şairlər Birliyi 5 İyunu- Azərbaycan Şairlər Günü kimi qeyd eləməyi xalqımıza təklif edir…!

5 iyun-saat 17:00
R.Behbudov adina Mahni Teatrı
050 358 77 55

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı ÖZEL GÜNLER içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.