Xoşbəxt bir zehinə və beynə sahib olmaq üçün bunları sınayın

Xoşbəxt bir zehinə və beynə sahib olmaq üçün bunları sınayın….

Çatışmazlıq yox

“Əsla bir tənqid, təklif qarşısında çatışmazlıq duyğusuna qapılmayın… Sizə edilən tənqidləri rədd edilmişlik hesab etməyin.”

Qüsursuz insan yoxdur

“Əsla qüsursuz bir insan olmağa çalışmayın… Mükəmməli deyil, əlinizdən gələni edin.”

Başqaları üçün…

“Başqalarına xoş görünmək üçün şirinlik və fədakarlıq etmək məcburiyyətində olduğunuzu düşünməyin.”

Nizamlı saatlar

“24 saatı 3-ə bölün. 8 saat yatın, 8 saat işləyin və qalan 8 saatda sizi xoşbəxt edəcək bir şeyi edin. Hobbilər əldə edin, idman edin, sərgiləri gəzin.”

Tək deyilsən

“Dünyada heç bir zaman tək olduğunuzu və tək qaldığınızı düşünməyin, önünüzdəki daşlara daşlar əlavə etməyin, başqalarının önündəki daşları da qaldırın.”

Ön mühakimələrdən xilas olun

“Kimsə üçün ön mühakimə daşımayın və hər kəsə qarşı içinizdən gəldiyi kimi davranın.”

Siz özünüzü sevin, yetər

“Başqaların tərəfindən bəyənilmək və təqdir edilmək gözləməsi daşımayın, heç kimin sevgisinə möhtac olmayacaq qədər özünüzü sevin.

Hər kəsin doğrusu özünədir

“Sizin doğrularınızın başqalarının doğruları olmaya biləcəyini bilin… Ətrafınızdakı insanların hərəkət və davranışlarına nəzarət etməyin, heç kimin beynindən keçənləri oxumağa və şərh etməyə cəhd etməyin, kimsənin də dilləndirmədiyiniz müddətcə sizin beyninizi oxumasını gözləməyin.”

Oxuyun

“Çox oxuyun. Oxumağı təxirə salmayın. Çünki oxumaq zehni fəaliyyətləri işlədər.”

Ailə bağları

“Qohum, ailə və kök bağlarınızı qoparmayın. Heç olmasa xüsusi günlərdə mütləq onlarla olun.”

Mütəxəssis fikiri

“Sizi aşan mövzularda mütləq məsləhət alın. Hər şeyi siz bilə bilməzsiniz və siz həll edə bilməzsiniz. Məsləhət almaq bir əskiklik deyil…..

L.Hacıyeva.

Fəlsəfə Akademiyasının PSİXOLOGİYA MƏRKƏZİ (Psychology Center of The Ph.A.)

http://www.facebook.com/Psychology.center.of.ph.a

 

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı FELSEFE içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.