Azərbaycan rəqs sənəti

Rəqslər tarixi keçmişlə bağlıdır. Bu oyun havaları xalqın həyatı, məişəti öz təcəssümünü tapır. Azərbaycan rəqs sənətinin müxtəlif növləri və janrları var. Xalq rəqslərinin əksəriyyəti kişi və qadın rəqsləridir. Lakin cüt (duet) rəqslərə də təsadüf olunur. Müəyyən miqdar iştirakçıdan ibarət kollektiv rəqslər də var. Ənənəvi kişi-qadın rəqsləri şən və nikbin xarakterə, cəld tempə malik olur. “Qazağı” rəqsi buna misal ola bilər. “Qazağı”nın musiqisi öz coşqunluğu və nikbinliyi ilə seçilir. Rəqs tədricən yeyinləşir və çox iti tempdə bitir. Qadın rəqsləri öz təmkinliyi, daxili sakitliyi, aramlılığı ilə fərqlənir. “Uzundərə”, “Halay”, “Gülgəz”, “Yüzbir”, “İnnabı”, “Bağdagüllü”, “Vağzalı” belə rəqslərdəndir. “Uzundərə” adətən toy mərasimlərində, gəlin köçərkən ifa edilən qədim rəqslərdəndir. Bu rəqsin musiqi ölçüsü 8/6-dır. “Uzundərə” lirik, ifadəli və cazibəli melodiyaya malikdir. Bu lirik rəqsdən Ü. Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasında (Məşədi İbadın kupletlərində) istifadə etmişdir.
Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, “Qaytağı”, “Cəngi”, “Qazağı”, “Xançobanı” və b.

Rəqslər:
1. “Tərəkəmə”
2. “Yallı”
3. “Arifi”
4. “Brilyant”
5. “Bəxtəvəri”
6. “Cəngi”
7. “Ceyranı”
8. “Darçını”
9. “Halay”
10. “İnnabı”
11. “İnnabı”
12. “Kamalpaşa”
13. “Keçiməməsi”
14. “Narıncı”
15. “Nəlbəki”
16. “Nazeləmə”
17. “Nabatxanım”
18. “Qavalla rəqs”
19. “Qars”
20. “Qızıl gül”
21. “Qəşəngi”
22. “Tərəkəmə”
23. “Turacı”
24. “Uzundərə”
25. “Şəğani”
26. “Yallı”
27. “Yüz bir” — Iran- Tabriz’de.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı SANAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.