Beyninizə bir köpəkbalığı atın!

Fəlsəfə Akademiyasının PSİXOLOGİYA MƏRKƏZİ (Psychology Center of The Ph.A.)

Yaponlar təzə balıq yeməyi çox sevirlər. Ancaq Yaponiya sahillərində o qədər balıq tapmaq heç də asan məsələ deyil. Odur ki, balıqçılar böyük qayıqlar düzəldib uzaq məsafələrə üzməyə başladılar. Bu isə çox vaxt aldığı üçün sahilə ancaq köhnə balıqla qayıtdılar. Bu problemi həll etmək üçün balıqçılar qayıqlarında soyuq hava anbarları quraşdırdılar.
İndi onlar istədikləri qədər uzaqlara gedə və istədikləri qədər balıq tuta bilərdilər. Ancaq təzə balıqla donmuş balığın ləzzəti bir deyildi. Bu dəfə balıqçılar qayıqlarında böyük akvariumlar quraşdırdılar. Balıqlar bu akvariumlarda özlərini dənizdəki kimi hiss etməsələr də, sahilə sağ-salamat gəlib çıxacaqdılar. Ancaq onlar da yaponlar üçün təzə balığın yerini vermədilər. Balıqçılar Yaponiyaya təzə balıq gətirmək üçün yenidən baş sındırmağa başladılar. Və nəhayət axtardıqlarını tapdılar. Necə? Çox sadə. Balıqları gətirdikləri akvariumun içərisinə balaca bir köpəkbalığı atdılar. Köpəkbalığı balıqların bir hissəsini yesə də, qalanları dənizdəki kimi hərəkətli və canlı qaldılar…
Bu misaldan da göründüyü kimi problemlərinizdən qaçmaqdansa, onlara yaxınlaşın. Problemlərinizi tanımağa, onları özünüzə tabe etməyə çalışın. Bir də qətiyyətli olun. Sözün əsl mənasında problemlərinizlə mübarizə aparın. Bir sözlə, beyninizə bir köpəkbalığı atın. O vaxt nəyə qadir olduğunuzu görəcəksiniz…S.Cəlilzadə

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı PSİKOLOJİ içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.