Hz. Əli

Bir adam Hz. Əlinin (ə) yanına gəlir və “Səndən soruşmaq istədiyim dörd sualım var” deyir.
Elm Şəhərinin Qapısı “Buyur, soruş” dedi. Adam soruşdu.
“Vacib nədir..? Vacibdən əvvəl vacib nədir..?” Hz. Əli (ə) cavab verdi. “Tövbə etmək vacibdir günahları tərk isə ondan əvvəl vacibdir.”
Adam soruşdu. “Yaxın nədir..? Yaxından yaxın nədir..?”
Hz. Əli (ə) cavab verdi. “Qiyamət yaxındır ölüm ondan daha yaxındır.”
Adam soruşdu. “Əcaib nədir.? Əcaibdən daha əcaib nədir..?”
Hz. Əli (ə) cavab verdi. “Dünya əcaibdir dünyanı sevmək isə ondan daha əcaibdir.”
Və adam son olaraq, bu sualı soruşdu. “Çətin nədir..? Çətindən daha çətin nədir..?”
Və Hz. Əli (ə), bu son suala da, belə cavab verdi. “Qəbir çətindir;
əməlsiz qəbirə girmək ondan daha çətindir”…

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı DİN içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.