Klassikləri niyə oxumalıyıq?

İtalyan yazıçısı İtalo Kalvin 1991-ci ildə bir kitab yazdı: “Klassikləri niyə oxumalıyıq?”

Bu kitabda “klassika”nın tərifini verib.

Kulis.az həmin tərifləri təqdim edir.

1. Klassiklər insanların “mən bu kitabı oxuyuram” dediyi yox, “mən bu kitabı təzədən oxuyuram” dediyi əsərləri yazan müəlliflərdir.

2. Klassik əsərlər onları oxuyanlar üçün misilsiz oxu təcrübəsi yaradır, bu əsərlər yenidən oxunması üçün fürsət düşəndə bu fürsəti heç kim fövtə vermir.

3. Klassik əsərlərin hər təkrar oxunuşunda ilk oxunuşdakı kimi yeni kəşflər edirsiniz.

4. Bir klassiki ilk dəfə oxuyanda belə sanki bu kitabı əvvəllər oxumuşsunuz kimi bir təəssürat yaranır.

5. Bir klassikin sözü heç vaxt qurtarmaz, hər dəfə oxuyanda yeni şeylər öyrənərsiniz.

6. Klassikanın ətrafında həmişə tənqid tozanağı olur, amma klassiklər həmişə bu tozanaqdan üst-başları çirklənmədən çıxırlar.

7. Klassik əsərlər haqda mütləq eşitmişik, ya da filmlərini görmüşük, lakin onları oxumağa başladıqda bizə çox orijinal, gözlənilməz və yeni gəlir.

8. Bəşəri olan hər kitab klassikaya aiddir, onların antik bir tilsimlə sehrləniblər.

9. Klassika oxucunun ona qarşı biganə qala bilmədiyi və özünü kitabın içində hiss etdirən kitablara deyilir.

10. Hər klassik yazıçı digər klassiklərdən əvvəl gəlir, lakin onu oxuyanlar bu klassikin digər klassiklər arasında yerini düzgün seçə bilir.

11. Hər bir klassik zəmanənin hay-küyünü dağıdır və heç zaman bu hay-küydə itməz.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.