İslam Səfərli – Aylı gecələr mahnısının yaradılması hekayesi

Aidə xanım (Cahangir Cahangirovun qızı): “Aylı gecələr” mahnısı 1950-ci illər yarandı. Bu dövürdə biz Bakıxanov küçəsindəki “aktyorlar” evində yaşayırdıq. Bu mahnını atam, anam – Tahirə xanım üçün bəstələmişdi. Birinci bu mahnının ifaçısı Rəşid Behbudov olmuşdur. Rəşid müəllim bizimlə qonşu idi. Mahnı tez bir zamanda böyük şöhrət qazandı və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Əvvəl atam musiqini yazdı. Sonra isə İslam Səfərli sözləri yazdı. İslam müəllim həmişə atamdan soruşurdu: “kimə həsr etmisən bu mahnını?”. Ona görə ki, atam İslam müəllimdən xahiş etmişdi ki, sözləri gözəl gözlərdən yazsın. Anama çox musiqilər həsr olunmuşdur. Bir mahnı vardı – “Gəl” mahnısı, bu mahnını da Nərminə Məmmədova və xor ifa etmişdir. Rəşid Behbudovun “Ala gözlər” mahnısı da anama həsr olunmuşdur. Demək olar ki, bütün mahnıları atam ala gözlərdən yazmışdır.
Bu mahnını çoxları ifa edib. Gülağa Məmmədov isə bu mahnını sevə-sevə ifa edib. Gülağa müəllim bu mahnını çox xoşlayırdı.

Gecə sakit, çay axır,
Lal sularda ay axır
Ey gülüm, gəl cövlana,
Eyvandan,
Mehriban,
Nazlı yar, nazlı yar baxır.

Mən necə dözüm,
Yaxın gəl quzum.
Gecələr,
Uzun gecələr.

Nə dadlısan, duzlusan,
Sən bir qəmər üzlüsən,
Ay baxır,
Çay axır yar.
Ey gülüm
Ala göz, ala gözlüsən.

Ulduz göydən sovuşur,
Kirpiklərin qovuşur.
Gəl, gülüm, sevən qəlbim
Gecələr,
Gecələr
Tək səni, səni soruşur

Musiqisi: Cahangir Cahangirov


Aylı GECELER

Gece sakin, çay akıyor,
Dilsiz sularda ay akıyor.
Ey gülüm, gel gezintiye,
Balkondan,
Mihriban,
Nazlı yar, nazlı yar bakıyor.

Ben nasıl alışayımm,
Yakın gel kuzum.
Geceler,
Uzun geceler.
Ne tatlısın, tuzlusun,
Sen bir kamer yüzlüsün,
Ay bakıyor,
Çay akıyor yar.
Ey gülüm
Ala göz, ala gözlüsün.

Yıldız gökten kayıyor,
Kirpiklerin kavuşuyor.
Gel, gülüm, seven kalbim
Geceler,
Geceler
Tek seni, seni soruyor

Uyarlayanlar : Elçin Seferli, Ayşen Savadova
Çetin Bayramoğlu

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı MÜZİK içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.