Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 19 ili

Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 19 il ötür

1993-cü il avqustun 15-dən genişmiqyaslı hərbi əməliyyatlara başlamış erməni-rus işğalçı qüvvələri həmin tarixdə Füzuli və Cəbrayıl rayonlarını, ardınca isə kəndlərinin işğalını gerçəkləşdiriblər.
Qeyd edək ki, Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Xatırladaq ki, 1993-cü il avqustun 23-də ərazisi 1050 kvadratkilometr olan Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
1993-cü il avqustun 23-də erməni-rus işğalçı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu isə Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Əsası 1827-ci ildə qoyulub və ilkin adı Qarabulaq olan rayon 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıbdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılıbdır.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII, XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.
Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır.
Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdağı altında zillət çəkir, 55 min nəfərə yaxın Füzuli sakini köçkün həyatı yaşayır.

Məcburi halda müvəqqəti olaraq müxtəlif yerlərdə məskunlaşan məcburi köçkünlər doğma torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı ÖZEL GÜNLER içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.