GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR NİZAMİ GƏNCƏVİ HAQQINDA

Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri

Nizami şeiri insanlığa ülvi məhəbbət, zəhmətə hörmət, haqsızlara barışmaz kin və nifrət, ədalət, xeyirxahlıq, sədaqət hiss və duyğuları aşılayır, nəsilləri yüksək ideallar uğrunda mübarizəyə, qəhrəmanlığa sövq edir. Nizami sənətinin ölməzliyi, sirri də bax bundadır.
Azadə Rüstəmova,
ədəbiyyatşünas, tənqidçi

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəcih, rəvantab və şirinzəban şair dünya üzərinə az gəlibdir. Heç bir şair o ləyaqət və zəriflikdə söz deməyibdir.
Firudin bəy Köçərli,
ədəbiyyatşünas, pedaqoq, tənqidçi

Keçdikcə nəsillər o sənin söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən….
Sənsən ədəbiyyat dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.
Səməd Vurğun,
Xalq şairi

Söz gövhərinin boyunbağısını heç kim Nizami kimi düz-məyib. Haqqın minlərlə rəhməti onun ruhuna ki, həqiqətən, şeir onunla xətm olunub.
Saib Təbrizi,
İran şairi

İnsanın qəlbini təlatümə gətirən Nizami lirikası, dünya şöhrəti qazanan “Xəmsə” şairin mənəvi dünyasına misilsiz nümunədir, öyrənilməsi zəruri olan zəngin bədii xəzinədir. Bütün şairlər onun ustalığını etiraf etmişdir.
Abasqulu ağa Bakıxanov,

Nizaminin səsi səkkiz əsrdən bəri eşidilir və biz indi elə hiss edirik ki, şair sanki bizim arxamızdadır.
Nikolay Tixinov,
rus şairi

Nizaminin yaradıcılığı bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsidir.
Mirzə Fətəli Axundzadə,
dahi Azərbaycan dramaturqu

Nizami öz yaşadığı tarixi şərait daxilində əsrinin qabaq-cıl ideyalarını yeni bir yüksəkliyə qaldırmışdır. Nizami müsəl-man Şərqindəki şairlərdən birincisidir ki, xalqların və qəbilələ-rin birliyi məsələsini xüsusi bir qüvvətlə meydana atmışdır.
İ.Brakonski,
rus ədəbiyyatşünası

Bütün dövrlərin mütəfəkkirləri Nizaminin beş poemasını poeziyanın möcüzəsi, beş incisi adlandırmışdır.
L.Klimoviç,
rus əbəbiyyatşünası

Cümlələrin yığcamlıq və təsirində, qafiyələrin bakirlik və möhkəmliyində, ifadələrin dəbdəbəli çıxmasında Nizaminin göstərdiyi qüdrətdən Firdovsidə əsər belə yoxdur və bu cəhətdən o, Nizamiyə tay ola bilməz.
Şibli Nemani,
hind ədəbiyyatşünası

İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur.
Yohan Volfqanq Höte,
dahi alman şairi

Nizami elə bir uzaqgörən şəxsiyyət olmuşdur ki, onun yaradıcılıq gəmisi başlanğıcı və sonu olmayan “insan qəlbi” adlanan yeganə dənizdə odadan-odaya üzür.
Rudolf Qelpne,
isveç şərqşünası

Nizami yaradıcılığının mərkəzində insan durur. İnsanın həyatı, mənəvi aləmi, ictimai vəziyyəti, sevinci və iztirabları, zülmə, ədalətsizliyə nifrət şairin əsərlərində öz geniş əksini tapmışdır.
Mirzə İbrahimov,
Xalq yazıçısı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı MEŞHURLAR içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.