Məhəmməd əmin Rəsulzadə – VƏSIYYƏTNAMƏ

../..

*Yüksək vəzifəyə layiq görmədiyiniz şəxsi həm özünüzü, həm də başqalarını aldadıb böyük tarixi şəxsiyyət fərz etməyin. Çünki, bu cür
etsəniz öz təcrübəm əsasmda deyirəm, öz başınıza bəla gətirərsiniz.
*Əgər təzə təşkil edəcəyiniz məmləkətin əsasları köhnədirsə, labud olaraq inqilabdan keçərək bir milli hökumət təşkil edin.
*Öz aranızda meydana gələn siyasi nəzəriyyələr və professional ixtilafları şəxsi ixtilaflara çevirməyin və bir-birinizi tənqid də sağlam ağlı əldən verib fitnəkarların təsiri altına düşməyin ki, bizim kimi “etidal və başqalarına düçar olmayasınız və qeyri-məlum ibarələrin müəllifləri kimi gözübağlı olub bir-birinizin canına düşüb düşmənləriniz üçün məsğərə alətinə çevrilməyəsiniz.
*Siyasi nəzəriyyələr meydanında nə qədər bacarırsınız fikir atınızı oynadın, amma bu at oynatmaq iranlılıq çərçivəsindən kənara çıxmamalıdır.
*Siyasət meydanında nə qədər mühafizəkar olsanız da, orta yol seçin və ya həddən artıq qızğın olmayın, bir-birinizi ittiham etməyin! Çünki, gördük və yəqin etdik ki, əgər quyruqlu ulduz gəlməsəydi, qarşılıqlı ittiham və intiriqa bizi boğardı.
*Əgər nazir olsanız və ya İranda təzə yüksək vəzifəyə çatsanız, öz hərəkətlərinizdə mülahizəli olun. Elə etməyin ki, sizin məlumat və üzrxahlıqlarınız məmləkətə və onun azadlığına xələl gətirsin.
*Əgər millət vəkili olsanız, öz vəzifənizi bilin və heç vaxt ondan kənara çıxmayın. Heç vaxt nazirlik kabinələrinə biri üçün vasitəçi kimi getməyin. İcra sahibinin işlərinə müdaxilə etməyin ki, öz icra qüvvənizi öz hüdüdlarında saxlaya biləsiniz.
*Əgər Allah eləməsin çətinliyə düşüb gözlədiyinizin əksinə olaraq jurnalist olsanız ən azı sərxoş halda heç bir şey yazmaym, yoxsa öz milli mətbuatınızın bədnam olmağına bais olarsınız.
*İdarəyə və ya Milli Məclisə vəkillər seçilən zaman, elə adamı seçin ki, onun özünün müstəqil fikri olsun, vicdanla rəy versin, gözləməsin ki, görək filankəs nə rəy verəcək, mən də onun əksinə rəy verim.
*Əgər bir hadisə zamanı siz öz millətinizə layiqli xidmət etsəniz və məşhur qəhrəman olsanız çalışın ki, hərəkətləriniz ad-sanınıza uyğun olsun. Belə olmazsa, sabah xidmətiniz bir qara qəpiyə dəyməz.
*Öz çalışqanlığınıza görə bir yerə hakim təyin olunsanız, elə etməyin ki, sizə baxıb zalımlara rəhmət oxusunlar.
*Bizim əlimiz daha çatmayacaq, amma, “İrani-nov” da dünən yazılmış suallara siz cavab verin. “Həyya əla xeyril-əməl”* ruhunu özünüzdən razı salın.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı FELSEFE, MEŞHURLAR içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.