Qripə tutulmamaq üçün nə etməliyik?

Fəsil dəyişən vaxtı, havaların stabil olmadığı vaxtlar çoxalır.
Bu zaman havaya uyğun geyinmək lazımdır.
Həddən çox geyinəndə insan tərləyir, bir az külək olanda, o dəqiqə soyuqlayır.

Bu fəsildə xəstəlikdən qorunmaq üçün düzgün qidalanmaq lazımdır.
İmmuniteti qaldırmaq, idmanla məşğul olmaq lazımdır.
Geyimin də böyük rolu var. Sintetik paltarlar geyinmək olmaz.
Belə paltarlar insan bədənində maddələr mübadiləsini pozur, insanın bədənində müqaviməti azaldır.
Gərək insan təbii materiallardan hazırlanmış geyimlər geyinmelidir.

Qida ilə insan orqanizmi arasında həddən artıq kəskin temperatur fərqi olmamalıdır.
Həddindən artıq soyuq və həddindən artıq isti qidalar udlağı qıcıqlandırır.
O zaman selikli qişa zədələnir.
Təbiətdə mövcud viruslar zədələnmiş selikli qişaya daxil olur və bununla da xəstəlik insan orqanizminə düşür.

Payız mövsümündə orqanizmdə xəstəliklərin yaranmasına səbəb olan əsas faktorları havanın temperaturu,
atmosfer təzyiqi, küləyin gücü və sürəti, elektromaqnit sahəsini göstərmək olar.

Soyuq hava şəraitində yaranan əsas xəstəliklərdən biri də qripdir.
Vaxtında qarşısı alınmayan adi qrip yoluxduğu orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit,
qaymorit kimi xəstəliklərə yol aça bilər.
Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə, belə orqanizmdən tam sovrulmur.

Bəzi xəstə insanlar var ki, bu fəsildə xüsusilə diqqətli olmalıdır.
İnsult keçirən, şəkər, ürək-damar xəstəliyi, qan təzyiqi və sairə xəstəliyi olan şəxslərin hamısını mövsümə hazırlamaq lazımdır.
Yəni onların halının pisləşməsini gözləmək lazım deyil.
Xəstəliyi olanlar əvvəlcədən profilaktik müalicə kursu keçməlidir.

Başqa bir məsələ isə insanların gigiyenik qaydalara əməl etməsidir.
Bəzən gənclər görüşəndə, öpüşürlər. Bu da yolverilməz bir haldır.
Belə görüşmək xəstəliklərin yayılması üçün münbit haldır.
Bundan başqa, mütləq yemək yeyərkən, ünsiyyət qurarkən gigiyenik qaydalar gözlənilməlidir.

Bəzən uşaqların xəstələnməməsi üçün onları peyvənd edirlər. Əslində bu lazımsızdır. “Valideynlər uşaqlarını peyvənd etdirməkdən çəkinməlidir. Uşaqları peyvənd edincə,
onların normal qidalanmasına xüsusi diqqət vermək lazımdır.
Harada oynadıqlarına, harada olduqlarına nəzarət edin. Uşaqların geyiminə də önəm vermək lazımdır”.

Xəstələnən şəxslər müəyyən tələblərə əməl etməlidir.
Onlar yataq rejimində olmalı, qidalanmaya fikir verməlidir.
Çalışıb vitamın bol olan meyvələr yeməli, bol su qəbul etməlidirlər.
Qrip adətən ev şəraitdə müəlicə olur. Lakin bu xəstəlik kəskinləşərsə, xəstəxanada yatmaq lazımdır.
Xəstənin otağının havası hər 2 saat ərzində dəyişməlidir.
Əgər hava sakitdirsə, xəstə özü də təmiz havada gəzməlidir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı SAĞLIK içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.