Kommunizmin Sosializmdən fərqi

Marksa görə kapitalizm dağıldıqadan sonra kommunizmə birbaşa daxil olunmur və keçid dövrü başlayır. Keçid dövrü başa çatdıqdan sonra isə kommunizmə nail olunur. Bu baxımdan kommunizm cəmiyyəti iki inkişaf fazası keçirir ki, bunları Marks alt və üst fazalar adlandırıdı. Alt fazaya sosializm deyilir. Beləliklə kommunizm anlayışı həm alt və üst fazası ilə kommunist cəmiyyətini, həm də sadəcə üst fazanı ifadə edən anlayış kimi istifadə olunmuşdur.

Sinifsiz cəmiyyətin bu iki mərhələsi arasındakı fərqi belə açıqlaya bilərik. Sinifsiz cəmiyyətin ilk fazasında bəşəriyyətin min illərdən bəri sinifli cəmiyyət dövrünün miras qoyduğu problemlər tam olaraq həll edilmiş vəziyyətdə olmur. Problemlər sırasında yalnız siniflər və dövlət ortadan qaldırılır. İstehsal qüvvələrinin böyük sürətlə inkişafı və buna bağlı olaraq gedən mədəni inkişaf nəticəsində sinifsiz cəmiyyətin daha yüksək mərhələsi – kommunizmə doğru addımlar atılır. Bu mərhələdə istehsal qüvvələrinin inkişafı elə sürətlə gedir ki, meydana gələn bolluq sayəsində işləmək məcburiyyət halından çıxaraq sadəcə bir zövq halını alır. Bütün bunların nəticəsində insanlar vaxtlarını və enerjilərini özlərini və nəsillərini azad şəkildə inkişaf etdirməyə və daha yüksək axtarışlara sərf edəcəklər. Məhz bu mərhələdə insanların cəmiyyətdən aldığının cəmiyyətə verdiy ilə bərabər nisbətdə olması prinsipi ortadan qalxacaq və insanlar cəmiyyətə verdiyi əməkdən asılı olmayaraq ondan bütün ehtiyaclarını ala biləcəklər. Beləliklə, hərkədən bacarığına görə, hər kəsə ehtiyacına görə hədəfi həyata keçmiş olacaq.

Kommunist cəmiyyətinin ilk fazası olan sosialist dövrdə isə istehsal qüvvələrinin bolluq səviyyəsi hələ buna cavab vermədiyi üçün bölgü hər kəsə əməyinə görə prinsipi ilə aparılır. Başqa sözlə sosializmdə nisbət prinsipi hələ hökm sürür. Sosializmdə çalışa bilən hər kəs çalışmalı və cəmiyyətdən də öz əməyinə uyğun olaraq almalıdır. Təbii ki, buradakı əmək kapitalizmdəki əməkdən tamamilə fərqlidir. İstismarçılar, onların dövlətdəki havadarları, bürokratiya və kapitalizmdəki israf olmadığı üçün, istehsal planlı və cəmiyyətin real ehtiyaclarına uyğun qurulduğu üçün sosializm istehsal qüvvələrinin yüksək səviyyədə inkişafını təmin edir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı POLİTİKA içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.