Konfutsi demiş ki …

Konfutsi, öz bölgəsində səkkiz növ əyləncə təşkil edən Chi ailəsinin başçısı üçün dedi ki: “O, bunun kimi işlərə dözə bilirsə, dözə bilmədiyi şey görəsən nədir?”

“Görülən işlər haqqında danışmaq yersizdir. Necə nəticələnəcəyi bəlli olan işlər üçün göstəriş etmək mənasızdır. Keçmiş şeyləri ayıblamaqsa boşdur.”

“İnsanların səhvləri, siniflərinin xüsusiyyətidir. Bir insanın səhvini görməklə, onun ləyaqətli olduğunu anlaya bilərsiz.”

“Yüksək bir mövqedə olmadığından dolayı təlaşlanma. Əslində o mövqeyə uyğun olub-olmayacağından dolayı təlaşlan.”

“Ailənizə xidmət edərkən tənqidlərinizdə incə olmalısınız. Sözlərinizə fikir vermədiklərini görsəniz belə, daha çox hörmətli olmağı davam etdirin. Bu sizi yorsa belə, əsəbləşməyin.”

Konfutsi – Söhbətlər və Mülahizələr

—–

‎”Bir ölkənin idarəetməsini ələ alsaydım, edəcəyim ilk iş, heç şübhəsiz dilini gözdən keçirmək olardı. Çünki dil qüsurludursa, sözlər düşüncəni yaxşı ifadə edə bilməz. Düşüncə yaxşı ifadə edilməzsə, vəzifələr və xidmətlər lazım olduğu kimi yerinə yetirilməz. Vəzifə və xidmətin gərəkli olduğu şəkildə yerinə yetirilmədiyi yerlərdə adət, qayda və mədəniyyət pozulur. adət, qayda və mədəniyyət pozulursa ədalət yanlış yollara sapar. Ədalət yoldan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Məhz bunun üçündür ki, heç bir şey dil qədər vacib deyil!”

– Konfutsi

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı FELSEFE içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.