XX ƏSRİN BÖYÜK ŞAİRİ NAZİM HİKMƏTLƏ ŞAİR İSLAM SƏFƏRLİNİN GÖRÜŞÜ

1962-ci il. Böyük söz ustadı Nazim M. F. Axundovun 150 illik yubleyi münasibətilə Bakıya gəlmişdi. Bu gəliş ilk dəfə deyildi. O, hələ 1926-1927-ci illərdə Bakıya gəlmiş, buranın havasını udmuş, insanlarını özünə doğma bilmişdi. Nazim Hikmət o vaxtdan Bakıya qəlbən vurulmuşdu. Hələ ürəyindən dəfələrlə keçmişdi ki, ömrünün axır illərini Bakıda keçirsin.
Nazim Hikmət dəfələrlə Bakıya gəlmiş, Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, İmran Qasımov kimi söz ustaları ilə dostluq etmişdi.
Onun bu dəfə ki gəlişindən şəhər ictimaiyyəti istifadə edərək Azərbaycan Respublikası Elmlər Akademiyasında görüş keçirməyə nail olur. Gecədə Nazim Hikmət şeirləri oxunduqca alqışlar ara vermir, gül-çiçəl əlindən tərpənmək olmurdu.
Şair İslam Səfərli həmin vaxt 39 yaşında idi. Və bu kürsüdən öz şeirini oxumaq ona da nəsib olmuşdu.
İslam Səfərli 1962-ci ildə Azərbaycan dramaturgiyasının banisi M. F. Axundovun anadan olmasının 150 illk yubleyi münasibətilə Bakıya gəlimiş görkəmli türk şairi Nazim Hikmət haqqında xatirəsində yazırdı: “Bu gün Azərbaycan Respublikası Elmlər Akademiyasında Nazim Hikmətlə şəhər ictimaiyyətinin görüşü keçirildi. Salon ağzınacan dolu idi. Hamı bu ustad şairin çıxışını, şeirlərini böyük məhəbbətlə, alqışlarla, tər-çiçəklə qarşılayırdı. Mən gecədə yeni yazdığım “XƏZƏRİM” şeirini oxudum:

Sinən bir ağ gümüşdü, gümüşdü,
Gözüm hüsnünə düşdü, nə düşdü.
Sahilində işıqlar qızıldı,
Yel dəydi, göy köynəyin sızıldı,
Suların çin-çin oldu, Xəzərim,
Ləpən göyərçin oldu, Xəzərim…

Gecə sona yetəndə Nazim Hikmət mənim qoluma girdi. Mavi gözlərindən səmimiyyət, məhəbbət yağan nurani şair mehribancasına dilləndi: “Yavrum, ben indiyenedek Xezəre böylə güzel şerqi yazıldığını duymamışdım. Şeir Xezer haqqında hezin layladır. Qoyma ona muzik yazılsın. Muzik şeirin özündedir”.”

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.