Şeyx-Səfi, və ya Ərdəbil xalçası

‎”Ərdəbil xalçası” və ya “Şeyx səfi xalçası”– Təbrizdə toxunmuş “Ləçəktürünc” kompozisiyalı məşhur xalı (ölçüsü 56,12 kv. m, 1539-cu il, “Viktoriya və Albert” muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəri. 1539 cu ildə Səfəvi hökumdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. 1893 cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar. Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. ətrafdakı saysız hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir. Heydər Əliyev Fondununtəşəbbüsü ilə Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz incisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nücxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümyaiş etdirilir. Emin Alihuseynli

Xalının ümumi görünüşü. Bəzi mütəxəssislərin fikrincə bu xalının eskizi Təbriz miniatür məktəbinin dahi rəssamı Sultan Məhəmməd tərəfindən çəkilib.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı SANAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.