Nazım Hikmət – Yaşamaq

nazım hikmet ran45

Yaşamaq zarafat üçün deyil, böyük bir ciddiyyətlə yaşayacaqsan bir sincab kimi məsələn, yəni, yaşamaqdan, yaşamaqdan başqa və yaşamağın fövqündə heç bir şey ummadan, yəni bütün işin-gücün yaşamaq olacaq.
Yaşamağı ciddi-ciddi qəbul edəcəksən, yəni o dərəcədə, eləbil ki, məsələn, qolların arxada bağlı, belin divara söykənmiş, yaxud iri gözlüklərin, ağappaq xalatınla bir laboratoriyada,insanlar üçün ölə biləcəksən, həm də üzünü heç görmədiyin insanlar üçün, həm də heç kəs səni buna məcbur etməyəndə, həm də ən gözəl ən həqiqi varlığın yaşamaq olduğunu biləndə belə.
Yəni, elə ciddi qəbul edəcəksən ki yaşamağı, yetmiş yaşında belə, məsələn, zeytun ağacı əkəcəksən, həm də uşaqlara qalsın filan məqsədi ilə deyil, ölməkdən qorxduğun halda ölümə inanmadığın üçün, yaşamaq tərəfini gördüyün üçün həyatın.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı ANLAMLI SÖZLER, EDEBİYAT, SOSYOLOJİ içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.