GƏDİ XALÇALARI

GƏDİ XALÇALARI

Gədi xalçaları – Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.
Gədi xalçaları” öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürülmüşdür.Bu xalçaları bəzi xalçaçılar “Qədi xalçaları” və ya “Gədi xalçaları” kimi adlandırsalar da Bakı xalçaçıları onu “Dağlı” adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə “çəmənli kənd” deməkdir.
“Gədi xalçaları”nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız “Gədi xalçaları” üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla, b bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar.
Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə “alma” və ya “qoğal” adlandırırlar.
Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də var.
“Gədi xalçaları”nın kənarlarını üç haşiyə tamamlayır. Bakının “Novxanı” xalçasında olan ara haşiyənin cüt xətlərini xatırladan sürməyi yerlikli, “qarmaqlı qızıl gül” adlanan kiçik haşiyələr orta haşiyənin sol və sağ tərəflərində yerləşdirilmişdir. “Zülflü aləm” elementlərindən təşkil olunmuş ağ yerlikli orta haşiyə xalçaya xüsusi görkəm verir.
“Gədi xalçaları”nın ölçüləri 110×180 sm-dən 110×250 sm-ə qədər ölçülər arasında dəyişir.
“Gədi xalçaları”nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 38×38 ilmədən 42×42 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 145 min ilmədən 176 min ilməyə təsadüf edilir.
“Gədi xalçaları”nda xovun hündürlüyü 6-7 mm-ə qədərdir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı KÜLTÜR-GELENEK-GÖRENEK, SANAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.