Su çərşənbəsi – Əzəl çərşənbə – Sular Novruzu

SAM_2564

Su çərşənbəsi, Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlifşənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.
Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçməzlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz

Qədim inam və e’tiqadlara görə əzəl çərşənbədə (su çərşənbəsi) yeni ilin gəlməsi ilə birlikdə təbiətin dörd ünsüründən biri olan su da yenilənir. Buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqəlidir. Qədimi e’tiqadlara görə, su çərşənbəsi suya sitayişlə başlar. İnsalar günəş doğmadan su başına gedərlər, təzə suda əl-üzlərini yuyarlar, bir-birlərinin üstlərinə su atarlar, suyun üstündən atlanarlar, yaralıların yarasına çərşənbə suyu səpərlər. Təzə su, daha doğrusu, əzəl çərşənbənin sabah erkəndən köpüklənən su hər dərdin dəvası hesab edilər (çox güman ki, “Koroğlu dastanında” təsvir edilən Koroğlunun içdiyi “köpüklənən Qoşa Bulaq suyu” da bu e’tiqaddan bəhrələnmişdir). Su sağlamlığın təməl şərti hesab edilər, təzə su üstündən keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəliklərdən uzaq olarlar. O gün suyun bayında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirilər. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar.

Su falı

Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirərlər (yə’ni suyu evə gətirənə qədər heç kimlə danışılmaz). Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz baxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və e’tiqadlara görə, üzük neçə dəfə cingildərsə, o qızın da bəxti o sayıda il sonra açılar.
İki sevgilinin bir-birinə qovuşub-qovuşmayacağını anlamaq üçün iki iynənin dəlikli tərəfinə pambıq sarıyarlar və hər birini qabın bir tərəfindən suya atarlar. İnam və e’tiqada görə, iynələr qabda üzüb bir-birlərinə yaxınlaşarlarsa, sevgililər qovuşacaqdır, əgər ayrı istiqamətə gedər və ya suyun üstündə qalarsa, bu iş baş tutmayacaqdır. İynələr suyun dibinə çökərsə, o halda bu su “lal su” deyildir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı HAYATIN İÇİNDEN içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.