Yel çerşenbesi

SAM_2480

Bu gün yel dünyanı dolaşır, suyu, odu herekete getirerek yazın gelişinden xeber verir

Yel çerşenbesine el arasında “külekli çerşenbe”, “külek oyadan çerşenbe”, “yelli çerşenbe” de deyilir. Qedim etiqadlarda qeyd edilib ki, torpağın altında – “qara nehrde” yatmış dörd cür külek yer üzerine çıxaraq müxtelif libaslarda özünü gösterir. Mifologiyamızda ağ yel – ağ, qara yel qara, xezri – göy, gilavar – qırmızı libasda tesvir edilir. Yel çerşenbesi günü yel bu dörd yelle birleşib dünyanı dolaşır, gezib oyanmış suyu, odu herekete getirerek yazın gelişinden xeber verir.

Yel çerşenbesinde adeten hava temizlenir.
Tedqiqatlara göre, Yel çerşenbesinde esen soyuq ve isti külekler yazın gelişinden xeber verir.
Gün erzinde küleyin bir neçe defe deyişmesi onun özünün temizlenmesi kimi qebul edilir.
Bu çerşenbe axşamında sanki mürgüden oyanan külek dolaşaraq suyu, odu herekete getirir.
Yel çerşenbesinde esen mehin de, küleyin de daxilinde bir heraret olur.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ile bağlı müxtelif neğme, efsane, revayet, mif, inanc, mesel ve s. yaranıb. Qedim deyimlere göre, Yel baba xırmana gelmemişden qabaq oradan buğda, den götürmezler. Sovurulmamış buğda götürenin oğlu öler.

Bundan başqa, inanca göre Yel çerşenbesi gecesi söyüd ağacının altına gedib niyyet ele ve Yel babanı çağır. Eger Yel baba senin sesini eşidib esse ve söyüdün budaqlarını torpağa toxundursa, dileyin yerine yeter.

Yel çerşenbesi günü tonqallar qalanır, evlerde südlü plov ve ya bulğur aşı bişirilir. Süfreye daha çox quru meyve ve denli bitkilerden hazırlanmış çerezler düzülür. Qadınlar axır çerşenbe üçün hazırlıqlar görürler. Ev eşyaları sürtülüb temizlenir, xalça-palaz çırpılır, yorğan-döşek havaya verilir. Xanımlar uşaqlar üçün teze paltar biçib-tikir. Qız-gelinler qoz-fındığı lepeleyib şirniyyat hazırlığı tedarükü görürler. Bu gün bir qarış böyümüş semeninin ortasına qırmızı qumaş bağlanır

Qedim adete göre, bu çerşenbede qefesde saxlanılan quşları ve heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çerşenbe ile de bağlı illerin sınağından çıxaraq bu günümüze qeder yaşamış ve özünü doğrultmuş xalq hikmetleri var.
Meselen, “Yel esib qoz tökülüb”, “Yelnen gelen selnen geder”, “Yel apardığını qaytarmaz”, “Yelle dost olan yellene-yellene qalar”, “Yel bağlayanı el açar”, “Külek kimi herden bir yana esme”.
İnanclara göre, çerşenbe axşamları Tanrı ancaq xoş sözleri eşidir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı HAYATIN İÇİNDEN, KÜLTÜR-GELENEK-GÖRENEK içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.