Yel çərşənbəsi

011
Yel çərşənbəsi:

Xalq arasında “Yelli çərşənbə”, “Küləkli çərşənbə” adları ilə tanınır. Əski etiqadlara görə bu çərşənbədə oyanan yel ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsasən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. Şifahi yaradıcılığımızda Yelin tanrılığı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. yaranmışdır.

Yelli  babam,
yel babam
 
 Yelli babam,
Yel babam.
 Telli babam,
 tel babam.
 
Elim, günüm batdı gəl,
Çərpələngim yatdı gəl.
Təknədə qaldı aşım,
Yatdı dəgirman daşım…
 
Yelli babam,
Yel babam.
Telli babam,
Tel babam.
Güllü babam,
Gül babam.
Dərdimi gəl bil babam,
Gəl babam, ay gəl babam!

Bayatılar
 
  Dağdan yel əsir yenə,
Səbrimi kəsdi yenə.
 Getdin, məni eylədin
Yolunda əsir yenə.
                         
 Yel əsər, toz qoparar,
 Ağacdan qoz aparar.
Yellə gələn bəlanı,
Yel özü də aparar.
 
      İnanclar:

      Yeli  əsdirəni söyməzlər
      Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar
      Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı DOĞA, HAYATIN İÇİNDEN içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.