Vüsal Hicranoğlu – KOMBAYN (novella)

vusal hicranoğlu2

Kənd camaatı taxıl zəmilərini biçməyə başlamışdı .
Arpa buğdaya nisbətən tez yetişdiyindən, ilk növbədə arpa əkənlər öz sahələrini biçdi.Lakin sonuncu arpa zəmisi biçilərkən kombayn xarab olub, sıradan çıxdı.Ona ciddi təmir lazım idi.Bunun üçün isə bir
neçə gün lazım gəldiyindən camaatın gözləməyə vaxtı yox idi.Əkin sahiblərini narahat edən məsələ
yetişən məhsulun sünbüldən töküləcəyi olduğundan əlacsız qalan Səlim kişi rayon mərkəzinə zəng edə-
rək ,şəxsən icra başçısının özüylə danışdı:
― Ay başına dönüm,belə də iş olar,zəhmətimiz heç olub gedir.Xahiş edirəm ki, bir əncam çəkəsiniz.
İcra başçısı öz növbəsində:
― Səlim kişi heç narahat olma, bu saat Kombaynı göndərərəm problemlərinizi aradan qaldırar,- dedi.
Səlim kişi sevincək halda :
―Başına dönüm,çox sağ ol,- deyib telefonun dəstəyini asdı.
Evdən çıxıb birbaşa əkin sahələrinə üz tutan Səlim kişinin sevincək vəziyyətdə olduğunu görən adamlar
tez başına toplaşdı.O isə icra başçısı ilə aralarındakı söhbəti olduğu kimi onlara nağıl etdi.
Hamı bir ağızdan :
―Şükür sənə ,Allah ,Kombaynsız biz neyləyərdik?-söylədi.
Hətta siyahı da tutuldu.Kombayn gələn kimi birinci Səlim kişinin əkin sahəsi biçilməli idi.Bir saata qədər
vaxt keçdikdən sonra əkin sahəsinə toplaşan əhali onlara sarı bir maşının gəldiyini gördü.Maşın adam-
lara yaxınlaşdı.Onun içindən düşən qalstuklu kişi üzünü adamlara tutub dedi:
―Salam,mənim adım Kombayndır.İki gün var ki,rayonunuza təsərrüfat işləri üzrə müavin təyin olunmuşam.İcra başçısı probleminizi mənə bildirdi.Sizə deyim ki,rayon mərkəzində olan digər iki kombayn da yenicə sıradan çıxıb.O biri kəndlərdə də qızğın təsərrüfat işləri gedir.Hər kəndin payına
bir kombayn düşdüyündən bizim onlardan istifadəmiz müşkül məsələdir.Heç narahat olmayın,bir-iki
günə rayon mərkəzindəki kombaynlar təmir olunan kimi,ixtiyarınıza veriləcəkdir.
Bir saat öncə əhalinin üzündəki sevinc hissləri bir anda yox oldu.Hamı mat-məəttəl qalmışdı.
1 fevral,2005

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı HİKAYE - ÖYKÜ içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.