“ÇİÇİ” xalçaları haqqında.

çiçi xalça

Xırdagülçiçi

Xalçanın orta sahəsi xırda elementlərdən təşkil olunduğu üçün bu xalçanın adını yerli xalçaçılar “Xırdagülçiçi” qoyublar (xırdagül tərjümədə xırda çiçəklər adlanır). Orta sahənin ümumi kompozisiyasını şaquli və üfiqi üçlük boyunca qısa məsafədə yerləşən rapportlar təşkil edir. Bu rapportlar özündə bir neçə doldurucu, əlaqələndirici və köməkçi elementləri birləşdirir. Xalq arasında “Başmaq” adlanan, həqiqətdə isə üslüblaşdırılmış yarpaq elementi kompozisiyanın əsas elementini təşkil edir. Qalan elementlər isə hər biri özlüyündə rapportun başlanğıc və ya mərkəzi funksiyasını yerinə yetirir. Xalça bir orta haşiyə, iki haşiyə və caqadan ibarət haşiyə ilə köbələnib.

Alçagülçiçi

Xalça ustaları bu xalçanı “Alçagülçiçi” adlandırıblar. Sənətşünaslar və mütəxəsislər arasında bu xalça “Çiçi” kimi tanınır. Naburda, Şamaxıda, Alçimanda, Şirvanda toxunan xalçalar yerli texnologiya və rəssamlığın təsirinə məruz qalaraq “Şirvan-çiçi” adlanırlar. “Alçagülçiçi” xalçasının kompozisiyasının orta hissəsi Ancaq “Alçagülçiçi” elementləri ilə doldurulub. Xalçanın uzunu və eni boyu təkrarlanan bu elementlər sıra əmələ gətirir. Haşiyə zolağı müxtəlif enlilikdə olan cərgələrdən, həmçinin “caga”, “mədaxil”, “zəncirə”dən ibarətdir.
Həndəsi və bitki motivləri ilə səjiyyələnən ornamentlərin böyük əksəriyyəti üslublaşdırılıb, əla növ sıxlığı və zərifliyi ilə seçilir. Rəsmin platik çevikliyi, forma və rəngin emosinal inikası vasitəsi ilə bəzədilən xalçalarda həyatın sevinc hissi verilir. Rəssamlıq məharəti vahid harmonik zərurətə tabe olan dekorativ ifadə vasitələri, ritm, simmetriya və dəqiq tamamlanmış kompozisiya quruluşu ilə daha qabarıq özünü büruzə verir.

Sırt-çiçi

Xalça ustadları və mütəxəssisləri arasında bu xalça həm də “Çiçi” adı ilə məşhurdur. Nabur, Şamaxı, Alçiman, Şirvan kimi məntəqələrdə istehsal olunan xalçalar yerli dəyişikliklərə məruz qalaraq “Şirvan-çiçi” adı ilə tanınmağa başlayıblar.
Orta sahə kompozisiyası əsasən “Sırt-çiçi” elementləriylə doldurulub. Xalçanın eni və uzunu boyu təkrarlanan bu elementlər cərgələr əmələ gətirir. Köbə xətti “jaqa”, “mədaxil”, “zəncirə” kimi müxtəlif enə malik zolaqlardan ibarətir.

Qollu çiçi

“Qolluçiçi” xalçaları Azərbaycanın şimal-şərqindəki xalçaçılıq məntəqələrində geniş yayılıb. Təqribən XVIII əsrin dördünjü rübündə Azərbaycan incəsənətinə daxil olan xalçanını kompozisiyası tək öz tərtibatı ilə deyil, həm də bəzək elementlərinin orijinallığı ilə seçilir. 200 il ərzində bu kompozisiya müxtəlif ad və müxtəlif formlarda mövcud olub. Buna sübut olaraq onu göstərmək olar ki, “Qolluçiçi” xalçası XIX əsrdə Qarabağda “Maşin” adı ilə geniş yayılmışdır. Orta hissəsinin kompozisiyası bir-birinin üstündə çarpazlaşmış bir neçə medalyondan ibarətdir. Onların tərtibat prinsipi – diaqonal istiqamətli dörd böyük qolun çarpazlaşmasıdır. Bu adlar “Xətai” kompozisiyasının əsasını təşkil edən “qol” (böyük budaqlar) təsviri ilə bağlıdır, belə ki, yuxarıda adları çəkilən xalçalar bu kompozisiyaya aiddir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı KÜLTÜR-GELENEK-GÖRENEK içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.