ƏSAS BÖYÜK TƏRİQƏTLƏR

../..

Təriqətlər incələnərkən onların zikr şəkilləri (xəfi və cəhri,
qiyami və qüudi) inanc və düşüncə sistemləri (haqq-batil, əhlisünnə,
əhli-bidət) nəzərə alınaraq tədqiq edilmişdir. Təriqətlərin
şöbələriylə bərabər sayını tam olaraq ifadə etmək olduqca çətindir.
Çünki ümumiyyətlə ya qurucusunun adı ilə, ya da ehtiva etdiyi
bəzi prinsipləriylə qeyd edilən təriqətlər çox zaman eyni, ya da
bənzər adlar daşımaqdadır. İslam Ensiklopediyasının “Təriqət”
maddəsində verilən məlumatlara görə, təqribən 400-ə yaxın
təriqətin varlığından bəhs edilir. Ancaq təriqətlərin on iki təsnifi
məşhurdur. Biz də bu ənənəyə sadiq qalaraq İslam dünyasında ən
məşhur on iki təriqətin qurucuları və xüsusiyyətləri ilə tanış olacağıq.
Bu təriqətlər: Qadiriyyə, Yəsəviyyə, Rifaiyyə, Sührəverdiyyə,
Şaziliyyə, Mövləviyyə, Bədəviyyə, Xəlvətiyyə, Nəqşibəndiyyə,
Bayramiyyə, Dəsuqiyyə və Çiştiyyədir.

1. QADİRİYYƏ
Əbdülqadir Geylani (v.562/1166) tərəfindən qurulmuşdur.
Əbdülqadir Geylani, Xəzər dənizinin şimali qərbində Gilana bağlı
Neyf kəndindəndir. Nəslinin Hz. Əli (r.a) yə dayandığı rəvayət
edilir. Təhsilini dövrün elm və irfan mərkəzi olan Bağdadda almışdı.
Hədis, fiqh və ədəbiyyat kimi elmlərin arxasınca Əbul-Xeyr
Məhəmməd ibn Müslim əd-Dəbbas (v.525/1131) vasitəsilə təsəvvüf
yoluna girdi və şeyxinin yeznəsi oldu. Bir müddət təfsir, hədis, fiqh
və qiraət elmlərindən dərs dedi.Ancaq daha sonra mədrəsədəki
tədris vəzifəsindən ayrılaraq inzivaya çəkildi. Rəvayətə görə, iyirmi
beş ilə qədər Bağdad və Kərh xarabalıqlarında riyazət və inziva
həyatı yaşadı. Nəhayət Əbu Səid Mübarək tərəfindən ona şeyxlik
xirqəsi geyindirildi və xalqın arasına qarışaraq irşad xidmətinə
başladı.
Əbdülqadir Geylani, əvvəllər Şafii məzhəbinə, daha sonra isə
uyğun gördüyü Hənbəli məzhəbinə keçdi və bu məzhəbin müdafiəçisi
oldu. Onun, Hənbəli məzhəbinə keçməsi, İbn Teymiyyə
kimi təsəvvüfün əleyhinə olan bir alimin belə Əbdülqadir Geylani
haqqında gözəl sözlər söyləməsinə imkan yaratmışdır. İbn
Teymiyyə də Hənbəli olduğu üçün, Əbdülqadir Geylaninin Cüneyd
və Haris Muhasibi kimi şəri hökmlərə həssasiyyətlə bağlı olduğunu
ifadə edir.
Möizə və xütbələri ilə diqqəti cəlb edən Əbdülqadir Geylaninin
əlliyə yaxın əsəri mövcuddur. Bunlardan “əl-Gunyə”, “əl-Fəthür-
Rəbbani” və “Fütuhül-qeyb” ən məşhurlarındandır. Türk dilinə də
tərcümə edilmişdir.
Əbdülqadir Geylaninin adı ilə zikr edilən Qadiriyyə və bəzən
də Geylaniyyə deyə bilinən təriqət, İslam dünyasının ən məşhur
təriqətlərindən biri olmuş və İndoneziyadan tutmuş Sibirə qədər
yayılmışdır. Qadirilik təriqətini Anadoluya ilk dəfə gətirən H. Bayram
Vəlinin yeznəsi Əşrəfoğlu Rumidir (v.874/1470). “Müzəkkinnüfus”
adlı əsəri və şərhləriylə Anadoluda təsəvvüfçülər tərəfindən
çox sevilən Əşrəfoğlu, təriqətdə “Piri-sani”-deyə zikr edilir.
Təriqətin Şimali Afrika və Əndülüs tərəflərinə Əbdülqadir Geylaninin
oğulları tərəfindən aparıldığı və buralarda Cəlaliyyə adıyla
tanındığı bildirilir.
Qadiriyyə təriqətinə daxil olmaq istəyən, digər təriqətlərdə
olduğu kimi müridlə şeyxin əl-ələ tutuşaraq şeyxin müridə tövbə
və istiğfar etdirməsiylə həyata keçirilir. Təriqətə girən şəxsin günlük
vəzifəsi ümumiyyətlə həmdələ, səlatü-səlam, dua ilə tövhid və
ləfzeyi-cəlal zikrindən ibarətdir.
Təriqətdə riyazətin xüsusi bir yeri vardır. Bu yolun davamçıları
Əbdülqadir Geylaninin tərif və tövsiyə etdiyi formada “ərbəin”
(qırx) çıxardır. Qadiriyyə təriqəti, silsilə etibariylə Hz. Əliyə (r.a)
söykənən bir təriqət olduğu üçün zikri cəhridir. Təriqətin ibadət
forması da “dövran” tərzindədir.
Qadiriyyənin Əşrəfiyyə, Rumiyyə, Xalisiyyə, Qəribiyyə, Hilaliyyə,
Yafiiyyə, Əsədiyyə və Əkbəriyyə kimi qolları vardır. Təriqətin
ümumi əsasları və şöbələri haqqında Haririzadənin “Tibyanü
vəsailil-həqayiq” adlı əsərində geniş məlumat verilir.

2. YƏSƏVİYYƏ
Türk təsəvvüfçüsü Əhməd Yəsəvi (v.562/1166) tərəfindən yaradılmışdır.
Əhməd Yəsəvi, Yusif Həmədaninin (v.525/1130) xəlifələrindən
olub, həyatı haqqındakı məlumatlar ümumiyyətlə mənqibə
şəklindədir
Əhməd Yəsəvi, Çimkənt-Sayramda doğulmuş, Buxarada elm
təhsili və təriqət təlimiylə məşğul olmuş, şeyxinin vəfatından sonra
da Yəsi (Türkistan) şəhrinə gedərək ömrünün axırına qədər orda
irşad xidmətini davam etdirmişdir.
Orta Asya türkləri arasında İslamiyyətin və təsəvvüf düşüncəsinin
inkişaf etməsində böyük xidməti olan Yəsəvinin bizə qədər
gəlib çatan ən mühüm əsəri Türkcə nəsihət şəklində, hikmət adı
verilən şeirlərindən tərtib olunmuş “Divani-hikmət” adlı əsəridir.
Şeyxi Yusif Həmədani kimi Hənəfi olan Əhməd Yəsəvinin, təriqət
ilə şəriətin anladılması mövzusunda böyük xidmətləri olmuşdur.
O, xəlifələrini və müridlərini Anadolu və Balkanlara göndərərək,
türklərin Rum diyarında məskən salmalarını təmin etmiş,
İslamiyyətin o zonalarda yayılmasına köməklik göstərmişdir.
Əhməd Yəsəvinin türklər arasında ən məşhur xəlifəsi Süleyman
Hakim Atadır. İlk xəlifəsi isə Mənsur Atadır. Yəsəvilik,
əvvəlcə Daşkənd və Seyhun bölgəsiylə Xarəzm və Məvarəünnəhr
bölgəsində, daha sonra da Qafqaz, Anadolu və Balkanlarda yayılmışdır.
Bu təriqətin silsilə baxımından Nəqşibəndi təriqəti ilə əlaqələri
vardır. Çünki həm Yəsəvi, həm də daha sonra Nəqşibəndiyyə
təriqətinin yaranmasına səbəb olan Əbdülxaliq Qücdüvani, Yusif
Həmədaninin xəlifəsidir. Bundan əlavə Nəqşibəndiyyə təriqətinin
qurucusu Məhəmməd Bahauddin Buxarinin (v.791/1389) şeyhxləri
arasında bir Yəsəvi şeyxi də vardır.
Yəsəviyyə, mücahidə və riyazət əsaslı, cəhri (açıq) zikri əsas
olaraq qəbul edən bir təriqətdir. Yəsəvilik, təriqət mənsublarının
“Hay və Hu” səsləri ilə zikr edərək, bu təriqətin zikrinə “zikricəhri”
adı verilməsinə səbəb olmuşdur.
Təriqətdə xəlvətin xüsusi bir yeri və əhəmiyyəti vardır. Yəsəvi
təriqətində müriddə axtarılan şərtlərin arasında zəka, şeyxinin
xidmətində diribaş, doğru söz- lü olmaq kimi şərtlər axtarılmaqdadır.
Yəsəvi təriqətinin iz və təsirləri bu gün hələ də Orta Asya Türk
Dövlətlərində davam etməkdədir. Yəsəvi və Yəsəvilik mövzusunda
ən geniş araşdırma Prof. Dr. Fuad Köprülünün “Türk edebiyatında
ilk mutasavvıflar” adlı əsəridir.

3. RİFAİYYƏ
Rifaiyyə təriqəti Əhməd Rifai (v.578/1182) tərəfindən qurulmuşdur.
Əhməd Rifai, seyid nəslindəndir. Təsəvvüfə dayısı Mənsur
Bataihi vasitəsilə daxil olmuşdur. Ancaq onun əsil mürşidi Əli
əl-Vasiti əl-Qürəşidir. Şafii məzhəbində fəqih olan Əhməd Rifai
dayısının vəfatından sonra onun dərgahında bu yolda davam etmişdir.
Qəbri bu gün səhra vəziyyətində olan Vasıt şəhərindədir.
Onun, “Hikəmi-rifaiyyə”, “əl-Bürhanül-müəyyəd”, “əl-Məcalisüs-səniyyə”
və “Halətü əhlil-həqiqə məallah” kimi əsərlərinin çox hissəsi türk
dilinə
tərcümə edilmişdir.
Əhməd Rifainin bəzən Bətaihiyyə, bəzən Əhmədiyyə, daha çox
isə Rifaiyyə deyə qeyd edilən təriqəti, Qadirilik və Yəsəvilikdən
sonra qurulan ilk təriqət hesab edilir. Rifaiyyə təriqəti, Əhməd
Rifaidən sonra ümumiyyətlə Yaxın Şərq, Anadolu və Balkanlarda
yayılmışdır. Riyazət və mücahidə ağırlıqlı olan təriqətdə biri, digəri
olmaq üzrə əxlaqın gözəlləşdirilməsi və mükəmməlləşdirilməsi
üçün qırx gün müddətinə icra edilən iki növ xəlvət mövcuddur. Bu
xəlvətdə təriqət mənsubu oruc tutacaq, iftarı, sahuru mürşidin tərif
etdiyi şəkildə yerinə yetirəcəkdir. Muharrəmiyyədə salikin bütün
ibadət, riyazət və davranışları, röya və meydana çıxacaq hər şeylə
şeyxinin nəzarətində olurdu. Bu xəlvət, Məhərrəm ayının yeddi
günündə icra edilirdi.
Rifai təriqətinə mənsub olan insanlar, qara rəngli sarıq sarar,
səccadə üstündə oturur, ibadət və zikr mərasimlərində dəf
və bendir çalarlar. Zikr və ibadət zamanında Rifailər, “bürhan”
adını verdikləri şiş vurmaq, atəşə girmək və şüşə çeynəmək kimi
fövqəladə hallar izhar edərlər. Rifaiyyə təriqətinin Səyyadiyyə,
Qəyyaliyyə, Nuriyyə, İzziyyə, Fənariyyə və Bürhaniyyə kimi qolları
vardır.

4. SÜHRƏVERDİYYƏ
Əbu Hafsın (v.632/1234) qurduğu təriqətdir. Əbu Hafs Ömər
Sührəverdi, İranın İraqı Əcəm bölgəsindəki Zəncana bağlı Sührəverd
qəsəbəsindəndir. Ancaq həyatını Bağdadda keçirmişdir.
O, Bağdadda başda əmisi Əbün-Nəcib olmaq üz- rə dövrün alimlərindən
təfsir, hədis və Şafii fiqhini öyrəndi. Əmisindən seyru-
süluk gördü. Əbdülqadir Geylani ilə də görüşən Sührəverdi,
dövrünün
Abbasi Xəlifəsi ən-Nasirlidinilləhın də hörmətini qazandı.
Nasir, xilafəti zamanında Əxi təşkilatlarıyla birlikdə digər
diplomatik vəzifələri də Sührəverdiyə verərək onu, Anadoluya və
Mavəraünnəhr bölgəsinə göndərdi. Ömər Sührəverdinin “Əvarifülməarif”
i və təfsirə dair də əsərləri mövcuddur.
Təriqətlərin qurulub inkişaf etdiyi dönəmdə yaşayan Sührəverdi,
çağdaşı Əbdülqadir Geylani kimi təriqət pirləriylə, İbn Arabi
və İbnül-Fərid kimi təsəvvüf insanlarıyla görüşmüşdür. O sağlığında
ikən Bağdadda “şeyxuş-şüyux” məqamını əldə etdiyi üçün,
dövrün ən etibarlı şeyxlərindən idi. Bağdaddaki bütün təriqət və
təkyələrin idarə edilməsi ona həvalə edilmişdi. “Bustan və Gülüs260
tan” adlı əsərləriylə məşhur olan Şeyx Sədi Şirazi onun məşhur
müridlərindən idi.
Sührəverdiyyə təriqəti, təriqətin banisi həyatda ikən İraq, Suriya
və İranda, vəfatından sonra da Türkistan, Hindistan və Anadoluda
yayıldı. Sührəverdi təriqətinin Hindistan və Pakistan tərəfində
yayılmasını təmin edənlər, xəlifə Bəhaəddin Zəkəriyyə Mültani
(v.661/1262); İran bölgəsində, Nəcibuddin Əli ibn Buzgüş əş-Şirazi
(v.678/1279) və Kəmaləddin İsfahani (v.635/1237); Suriyada İzzüddin
ibn Abdüssəlamdır (v.680/1281).
Sührəverdi təriqətinin Anadoluda ən məşhur olan qolları arasında
Zeyniyyə xüsusi yer tutur. Zeyniyyə, Zeynəddin Xafinin qurduğu
bir Sührəverdi təriqətinin qoludur.

5. ÇİŞTİYYƏ
Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur.
Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara
və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad
kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri
Əbdülqadir Geylani, Əbün-Nəcib Sührəverdi və Nəcməddin Kübra
ilə görüşmüşdür. Bir müddət “Kəşful-məhcub”un müəllifi Xucvirinin
türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə
intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı.
Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi
(v.633/1236). Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur
təriqətidir. Hindistan və Pakis- tan bölgəsinin İslamlaşmasında
olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm
bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə,
çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir. Çiştiyyənin
yazılı qaynaqları söhbətlər, məktubat, təsəvvüfi əsərlər, mənaqibnamələrdən
meydana gəlir.
Çiştilər, xüsusi mal və mülkün insanın Allahdan uzaqlaşmağına
səbəbiyyət meydana gətirəcəyini düşünərək, insana cazibədar
gələ biləcək maddi şeylərə rəğbət etməzlərdi. Bu baxımdan irşadda
üç şeyə diqqət edərlər: “Dəniz kimi comərd, Günəş kimi şirin, torpaq
kimi alçaq könüllü olmaq.”
Çişti təkyələri qonaqpərvərlikdə və gəlib-gedənə xidmət etməkdə
çox məşhur idilər.
Çiştiyyə Anadolu, Afrika və Avropa ölkələrinə yayılmadığı
halda, Maleziya və İndoneziyaya qədər yayılmışdır.

6. ŞAZİLİYYƏ
Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-
Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun
Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur.
Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur.
Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor
olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən
təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə
gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş
və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin
üstünə qübbə tikdirmişdir.
Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani
təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki,
Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan
uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər,
riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi.
Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu
və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Şaziliyyə təriqətinin ən məşhur olduğu bölgələr Cəzayir, Tunus,
Fəs, Misir və bəzi Afrika ölkələridir. Bu təriqət, Türkiyəyə Osmanlı
dövlətinin son zaman- larında Şeyx Zafir tərəfindən gətirilmişdir.
Belə ki, Əbdülhəmid Xanın bu şəxsə bağlı olduğu rəvayət olunur.
Son zamanlarda Şazili təriqətinə malik olanlar Avro- pada da böyük
bir nüfuz qazanmışlar. Bu gün Misirdə ən çox yayılan təriqət,
Şaziliyyə təriqətidir.

7. BEKTAŞİYYƏ
Bu təriqət, Hacı Bektaş Vəli (v.669/1271) tərəfindən qurulmuşdur.
Hacı Bektaş, Xorasan ərənlərindəndir. Özü haqqında, Babai,
ya da Yəsəvi dərvişi olduğu rəvayət edilir. Hacı Bektaş Vəli, Anadoluda
Nevşəhərin yaxınlığında məskən salmışdır. Qəbri ordadır.
Ərəb dilində yazdığı “Məqalət” adlı əsəri onun sünni bir düşüncəyə
sahib olduğunu ortaya qoymaqdadır. Yeniçəri ocağının təşkil
olunmasında Hacı Bektaş Vəlinin ruhaniyyəti və Bektaşiliyin mühüm
bir yeri vardır. Bu baxımdan Bektaşilik, Yeniçəri təşkilatının
təriqəti kimi anlaşılmış və bu təşkilatın fəaliyyətinin dayandırıldığı
vaxt ərzində (1826) Bektaşi təkyələri də bağlanmışdır.
Bektaşi təriqətinin mərkəz təkyəsi Hacı Bektaşdadır. Ən məşhur
olduğu yerlər isə Albaniya və Makedoniya başda olmaqla Balkan
yarımadasıdır.

8. MÖVLƏVİYYƏ
Bu təriqət, Mövlana Cəlaləddin Rumi (v.672/1273) tərəfindən
qurulmuşdur. Mövlana 604/1207-ci ildə Bəlx şəhərində anadan
olub. Atası, “Sultanül-üləma” ləqəbiylə məşhur olan Bahaəddin
Vələd (v.628/1231) ilə bərabər 610/1213-cü ildə Bəlxdən hicrət
edərək Bağdad yolu ilə əvvəlcə Hicaza, Sonra Karamana, ardından
isə Konya şəhərinə gedərək orda məskunlaşdılar. Mövlananın ilk
müəllimi onun öz atasıdır. Atasının vəfatından (638/1240) sonra
onun xəlifələrindən Bürhanəddin Mühəqqiq Tirmizidən dərs aldı.
Mövlana mədrəsədə müdərris və möizə oxuyarkən 642/1244-
cü ildə Konyada qarşılaşdığı Şəmsi Təbrizi vasitəsilə qəlbindəki
İlahi eşq atəşi alovlanmışdı.
Atasının göstərdiyi köməklik nəticəsində Kübrəviyyə təriqətinə
mənsub olan Mövlana, Şəms ilə eşq və cəzbə meyl etməyə başlamışdı.
Mövlana Şəmsdən sonra Səlahəddin Zərqüb ilə dost və yoldaş
oldu. O, “Məsnəvi” adlı dahi əsərini qələmə almağına səbəb
olan insanın Hüsaməddin Çələbi olduğunu söyləmişdir.
Mövlananın “Məsnəvi”dən başqa “Fihi mə-fih”, “Divani-Kəbir”
kimi əsərləri mövcuddur. Bu əsərlər, İslam dünyasında ən çox oxunan
əsərlərdəndir.
Mövləvilik, Mövlanadan sonra onun nəslindən gələn və
“Çələbi”
ünvanı verilən şeyxlər tərəfindən davam etdirilmişdir.
Xüsusilə “qələm əfəndisi” ləqəbi verilən dövlət məmurları,
təhsilli
və sənətdən anlayan insanlar, Mövləvi təriqətinə maraq
göstərmişlər. Mövləvilik qurulub inkişaf etdiyi bu zamana qədər ən
məşhur təriqətlərdən biri olma xüsusiyyətini özündə cəmləşdirir.
Konyadan son- ra başda İstanbul olmaqla Şam, Hələb, Qahirə, Bursa,
Balkan yarımadası və Krım kimi Osmanlı ölkəsinin mühüm
mərkəzlərində Mövləvi dərgahları və mənsubları hər dövrdə olmuşdur.
Osmanlı padişahları da Mövləviliyə maraq göstərmişlər.
Mövləviliyin mərkəzi Konyadakı Mövlana asitanəsidir. Təriqətin
məşhur olduğu yerlərdə mövləvixanalar vardır. Mövləvixanalar,
digər təriqətlərin təkyə və zaviyələrindən daha böyük olurdu. Bunun
səbəbi təriqətdəki səma formasındakı ibadətləri üçün böyük
məkanlara ehtiyac hiss etmələri idi. Mövləvi dərgahları, Məsnəvi
oxunan, zikr və səma edilən tədris mərkəzlərinin olduğu qədər,
musiqi və hüsnixətt kimi gözəl sənətlərin də məşq edildiyi
yerlərdir.
Mövləviliyin təriqətə məxsus ən əhəmiyyətli iki ibadət növü
səma və çilə- dir. Səma, dayanmadan dönərək yerinə yetirilən
Mövləvi ibadətidir. Mövləvi təriqətində dini ayin və səma ifa
edilərkən ney və qüdum kimi musiqi alətlərindən istifadə edilir.
Mövlana,”Məsnəvi” əsərininilkon səkkizbeytində insani-kamildən
kinayə olaraq bəhs etdiyi “ney” Mövləvilikdə xüsusi bir yerə və
əhəmiyyətə malikdir.
Mövləvilikdə çilə 1001 gündən ibarətdir. Çilənin çıxarıldığı
Mövləvi dərgahlarına asitanə adı verilirdi. Çilə ərəfəsində xidmət
edənlərə “çiləkeş”, çiləsi- ni tamamlayanlara “çilə çıxarmış”, çiləni
tamamlamadan yarıda qoyanlara “çilə küskünü” deyilirdi. Çiləsini
tamamlayan dərviş “dədə” ünvanını əldə edirdi.
Mövləvilik digər təriqətlərdən fərqli olaraq şöbəsi olmayan bir
təriqətdir. Təriqətdə sadəcə “Vələd” və “Şəms” deyə bilinən iki qol
vardır ki, bu da tamamilə məşrəb fərqliliklərini ifadə edir. Şəms
qolu eşq və cəzbə ilə doludur. Vələd qolu Mövlananın oğluna bağlıdır
və daha zahidanə bir formaya malikdir.

9. BƏDƏVİYYƏ
Əhməd Bədəvi (v.675/1276) tərəfindən qurulan təriqətin adıdır.
Bədəvi, Fasda anadan olumuşdur. O, bir müddət zahiri elmlərin
təhsili ilə məşgul oldu. Quranı əzbərlədi. O, “qiraəti-səba”nı öyrəndi.
Fiqh elminə yiyələndi. Daha son- ra təsəvvüf yoluna
maraq
göstərərək Əbdülqadir Geylani və Əhməd ər-Rifainin qəbirlərini
ziyarət etdi. Mürşidi Bədrəddin Həsən Məğribidir. O, şeyxinə intisab
etdikdən sonra həyatını Tantada keçirmişdir. Qəbri də ordadır.
Ona, Məmlük padişahlarından Məlik Baybarsın böyük hörmət
göstərdiyi haqqında məlumatlar vardır.
Bədəvilik və Bədəvilərin, xüsusilə Misirin dini həyatında mühüm
rolu və təsiri vardır. Bədəvi dərviş və mənsublarının xaçlı
savaşlarında iştirak etmələri xalqın onlara qarşı diqqət və maraqlarını
artırmışdır. Bədəviyyə təriqəti, Misirdə Şaziliyyədən sonra
ən çox yayılmış təriqətdir. Bu təriqətin, Misirdən kənarda çox da
tanınma imkanı olmamışdır. İstanbuldakı Bədəvi təkyələrinin sayı
bir neçədir. Bədəviliyin Misir mədəniyyətindəki yeri, bəzən Bektaşiliyin
Anadolu mədəniyyətindəki yerinə oxşadılmışdır. Bədəvilik,
silsilə etibarilə Hz. Əliyə dayanan bir təriqət olduğu, Bədəvinin də
nuri-Məhəmməddən bəhs edən ilk təriqət piri hesab edildiyi üçün,
bu təriqət ələvi bir xüsusiyyətə malikdir.
Bədəvilikdə qəlbi zikr əsas olmaqla yanaşı, zamanla cəhri zikr
də əhəmiyyət kəsb etmiş, oturaraq (qüudi) və ya ayaqda (qiyami)
icra edilmişdir. Bədəvi ayini zamanı dərvişlərin həyəcanı artınca,
bir-birlərinə sarılaraq zikrə bu şəkildə davam etmələrinə “Bədəvi
topu” deyilmişdir.
Bədəviyyənin ən məşhur şöbələri, Səlamiyyə, Fərqaniyyə, İnbaiyyə,
Münaviyyə, Sütuhiyyə və Bəyyumiyyədir.

10. DƏSUQİYYƏ
Bu təriqət Burhanəddin İbrahim ibn Əbil-Məcd Dəsuqi
(v.676/1277) tərəfindən qurulmuşdur. Həyatının böyük bir qismini
Misirin cənubundakı Dəsuq qəsəbəsində keçirdiyi üçün “Dəsuqi”-
deyə bilinir. O, İlk dini elmləri Dəsuqda tamamladı. Quranı
əzbərlədi. Şafii fiqhinin təhsili ilə məşğul oldu.
Atası vasitəsilə Rifaiyyə, Nəcməddin İsfəhani vasitəsilə Sührəverdiyyə
təriqətinə süluk etdi. Şaziliyyə təriqətindən də icazət
aldı. Atasının vəfatına qədər təxminən iyirmi ilə yaxın xəlvətxanasında
inziva həyatı yaşadı. Uzun illər hər dilə və irqə mənsub
bağlanan bir şeyx olmaqla bərabər eyni zamanda gözəl şəxsiyyətə
də malik idi.
Onun təriqəti Misir, Sudan və Şimali Afrikaya qədər yayılmışdır.
Yaxın Şərq, Anadolu və Balkan yarımadasında Dəsuqi
təriqətinin izinə rast gəlmək mümkün deyildir. Üsul, ədəb və ərkan
baxımından Rifaiyyə, Sührəverdiyyə və Şaziliyyə təriqətləri ilə
bənzərliyi vardır. Dəsuqiyyəni Bədəviyyənin şöbəsi olaraq qəbul
edənlər də olmuşdur.
Dəsuqiyyə təriqəti, cəhri-zikr və riyazətə əhəmiyyət verir. Şəriətə
bağlı olmaq və Allah dostlarının gözəl əxlaqını mənimsəmək,
təriqətin başlıca əsaslarından hesab edilir. Təriqətdə əvvəllər səmaya
çox da əhəmiyyət verilmədiyi halda, daha sonralar səma və
qiyam zikri əhəmiyyət kəsb etməyə başlamışdır. Zikr əsnasında
dərvişlər “Ya Daim” ləfzini tez-tez təkrar edirlər. Dəsuqilər
ümumiyyətlə yaşıl paltar geyinirlər.
Dəsuqiyyə təriqətinin Şərnubiyyə, Aşuriyyə, Taziyyə və Süyutiyyə
kimi qolları vardır. Bu təriqət, Misirdə Şaziliyyə və Bədəviyyədən
sonra ən çox yayılan təriqətdir.

11. NƏQŞİBƏNDİYYƏ
Bu təriqət Məhəmməd Bəhauddin Nəqşibənd Buxari
(v.791/1389) tərəfindən qurulmuşdur. “Şahı-Nəqşibənd” adıyla
şöhrət qazanmışdır. O, uşaqlıq illərini təsəvvüf mühütündə keçirdi.
Atası “Xacəgan” yolunun böyüklərindən Xacə Məhəmməd Baba
Səmmasinin (v.740/1339) müridi idi. Səmmasi onun təhsilini xəlifəsi
Əmir Külalə həvalə etmişdir. Bu baxımdan Bahaəddinin söhbət
və irşad şeyxi Əmir Külal, üveysi mürşidi isə Əbdülxaliq Qucdüvanidir
(v.595/1199). Qucdüvaninin, Bahaəddin Nəqşibənddən
daha əvvəl ölməsinə baxmayaraq, aralarında məşrəb bənzərliyi
səbəbiylə, üveysi bir yaxınlıq olmuşdur. Əbdülxalıq Qucdüva
ni də, Şahı Nəqşibənd də, xəfi zikri cəhri zikrə tərcih etmişlər.
Nəqşibəndiliyin on bir əsası Əbdülxaliq Qucdüvani tərəfindən
tənzim edilmişdir.
Bu əsaslar aşağıdakı kimidir:
1- Vüqufi-zaman: Hər an və hər halın hesabını vermək. Huzurda
keçirdiyi anlara və hallara şükr etmək, ömrünün qəflətlə keçirdiyi
zamanlarından tövbə etmək. Salik zamanın qiymətini dərk etməli,
alıb verdiyi hər nəfəsə diqqət etməli, nəfəs alarkən də, verərkən də
oyaq olmalıdır.
2- Vüqufi-ədəd: Zikr zamanı saya riayət etmək; fikri yayınmaqdan
qorumaq. Zikr- də saya diqqət əhəmiyyət kəsb etməklə
yanaşı, əsil kəmiyyətə deyil keyfiyyətə diqqət etmək. Zikr zamanı
sayı az olsa belə, zikr edilən zata, Allaha qarşı qəlbin hüzuruna sahib
olmaqdır.
3- Vüqufi-qəlb: İki cür olur: a) Zikr edən şəxsin hər an Allahı
bilməsi, qəlbdə Allahdan başqa heç bir şeyə yer verməməsi. b) Zikr
edən şəxsin zikr əsnasında qəlbinə yönəlməsi. Belə ki, hər yerdə
hazır olan Allaha, necə ki, Kəbəyə dönərək əl açılırsa, zikr zamanı
da qəlbə yönəlmək və ona agah olmaq, oraya Haqqın təcəllilərinin
dolma- sını təmin etmək.
4- Huş dər-dəm: Alınan hər nəfəsdə hüzuru qorumaq, Allahdan
qafil olaraq tək bir nəfəs belə almamaq. Çünki nəfəsləri qəflətsiz
almaq, qəlbi hüzur ilə doldurar. Nəqşibəndilikdə tərəqqinin
təməli nəfəs üzrədir. Nəfəs alıb verərkən və iki nəfəs ara- sında
da qəflətdən uzaq olmaq,Allahın “Hayy” isminin təcəllisi sayılır.
Nəfəsini qoru- yan insan, keçmiş və gələcək qorxulardan xilas olaraq
“ibnül-vaxt” olur.
5- Nəzər bər-qədəm: Hər baxışda ayaq ucuna baxmaqdır. Yeriyən
zaman sağa və sola baxan insanın diqqəti dağılır, qəlbini boş şeylər
məşğul edər. Yeriyən zaman ayaq uclarına baxan şəxs, həm harama
baxmaqdan, həm də boş şeylərlə məşğul olmaqdan qurtulur. Çünki
qəlbin pərdələnməsi, ümumiyyətlə ətraf mühitdən və lazımsız
şeylərlə maraqlanmaqdan yaranır. Göz, qəlbin casusudur. Gözün
gördükləri qəlbi məşğul edir. Ayağa baxmaqda təvazu vardır, ədəb
vardır, həddini bilmək vardır. Rəsulullahın (s. ə. s) sünnəsinə tabe
olmaq vardır.
6- Səfər dər-vətən: Xalqdan Haqqa səfər etmək. Salikin pis əxlaq
və bəşəri sifətlərdən uzaqlaşıb gözəl əxlaq və mələki sifətlərə; əsli
vətəninə səfər etməsidir. Mürşid axtaran insanın şeyx tapmaq üçün
etdiyi səfər buna daxildir.
7- Xəlvət dər-əncümən: Cəlvətdə xəlvət, camaat içində ancaq
yalnız; xalq içində Haqq ilə bərabər- deyə tərif edilən bu əsas, “əl
karda, könül Yarda”-deməkdir. Bə- dən və surət xalq ilə məşğul
olarkən, qəlbin Haqq ilə məşğul olmasıdır. Bunu həyata keçirmək
üçün insanın zikrə tam mənasıyla davam etməsi lazımdır ki, insan
camaat içində belə Haqqın zikrindən başqa bir şeyi hiss etməsin.
8- Yad-kərd: Dilin qəlb ilə bərabər zikr etməsidir. Müraqibə
mərtəbəsinə çatan salikin tövhid zikrini dil ilə etməsi deməkdir,
qəlb maddi ünsürlərlə nə qədər çox məşğul olarsa bir o qədər tez
paslanar. Zikr dil ilə edildiyi zaman əvvəlcə dilin, sonra qəlbin
pası silinmiş olar. Salik, bu şəkildə müraqibə halından müşahidə
mərtəbəsinə yüksələr. Müraqibə dərsi zamanı gözlər yumulur, dil
damağa yapışdırılır və nəfəs tutu- laraq qəlb ilə tövhid kəlməsi
söylənilir. 9-Baz-geşt: Zikr zamanı ağla gələn pis və ya yaxşı hər şeyin
qovulması deməkdir. Xüsusilə nəfəs tutularaq həyata keçirilən
“nəfy-isbat” zikrində, nəfəs buraxıldıqdan sonra: “İlahi əntə
məqsudi və rizaqə mətlubi (Allahım mənim mura- dım Sənsən,
Sənin rizandır, başqa bir şey deyil) “-deməkdir.
10-Nigah-daşt: Mühafizə deməkdir. Haqqın təcəlligahı olan qəlb
evini, Allahın zatına yaraşmayan şeylərdən, lazımsız xatirələrdən
qorumaqdır. Bir başqa ifadə ilə insandakı xəyal gücünün öz-özünü
dəf etməsidir. Bunun nə qədər çətin bir iş olduğunu söyləməyə ehtiyac
belə yoxdur.
11- Yad-daşt: Dil ilə ifadə etmədən Allaha dönüş halını mühafizə
etməkdir. Zikrdə mübaliğə edərək hüzur halına çatmaq və şühud
məqamına yüksəlməkdir.
Şahı Nəqşibəndin təriqətində ən əsas mövzu, söhbət və
rabitə idi. “Bizim yolumuz söhbətdir”- deyə ifadə etdiyi söhbət,
“şeyxin qiyabında şeyxlə bərabər olmaq” şəklində xülasə ediləcək
rabitə, bu yolun digər təriqətlərdən daha çox əhəmiyyət verdiyi
xüsusiyyətlərdir. Nəqşibəndiyyə təriqəti, qurucusu Şahı Nəqşibənd
zama- nında şöhrət tapmış; Türküstan,Anadolu və Hindistana
qədər yayılaraq ən məşhur təriqət olma xüsusiyyətini əldə etmişdir.
Şahı Nəqşibəndin xəlifələri; Məhəmməd Parsa (v.822/1419)
və Ələddin Attar (v.802/1400) bu təriqətin Məvarəünnəhr bölgəsində
yayılmasını təmin etdi. Übeydullah Əhrar zamanında
təriqətin şöhrəti Anadolu və İstanbula qədər gəlib çatdı. Anadoluya
Nəqşibəndiyyə təriqətini ilk olaraq gətirən şeyx Simavlı Molla
Abdullah İlahidir (v.896/1491).
İmam Rəbbani (v.1034/1624) ilə bu təriqət, Hind diyarında yayılma
imkanı tapdı. Bu təriqət, Abdullah Dəhləvi və onun xəlifəsi
Mövlana Xalid Bağdadi (v.1242/1826) sayəsində XİX əsrdə İslam
dünyasının ən çox yayılan təriqəti oldu. Xüsusilə yeniçəri
təşkilatının ortadan qaldırılması və Bektaşi təkyələrinin bağlanması
ərəfəsində, Bektaşi dərgahlarına Nəqşi-Xalidi şeyxlərin təyin edil270
məsi, dövlət işçiləri ilə sultanların bu təriqətə maraq göstərməsi,
Xalidiliyin əhəmiyyətini artırdı. Hətta XİX əsrdən sonra Nəqşiliyin
İraq, Suriya, Anadolu və Balkan yarımadasının, Xalidilik forması
aldığını söyləyə bilərik.
Xalidiliyin, bu qədər maraq toplamasının səbəbi, təriqət
şeyxlərinin ümumiyyətlə mədrəsə təlim və tədrisi görmələri,
şəriətə möhkəm bir şəkildə bağlı olmaları idi. Təkyələrin bağlandığı
illərdə İstanbulda olan təkyələrin böyük bir qisminın Nəqşi-
Xalidi olması da buna sübutdur.
Nəqşibəndilikdə təriqət ayininə “Xətmi-Xacəgan” deyilir.

12. XƏLVƏTİYYƏ
Əbu Abdullah Siracəddin Ömər ibn Əkmələddin Xəlvəti
(v.800/1397) tərəfin- dən qurulmuşdur. Ömər Xəlvətinin şeyxi
əmisi Kərimüddin Xəlvətidir. Təriqətin piri Ömər Xəlvəti, xəlvətə
böyük əhəmiyyət verdiyi üçün bu yola “Xəlvətiyyə” adı verilmişdir.
Hətta Ömər Xəlvətinin qırx dəfə ərbəin (qırx) çıxardığı rəvayət
edilir. Bu təriqətin Qafqaz və Anadoluda yayılmasına öncüllük
edən şəxs, “Piri sanî” ləqəbinin sahibi Seyyid Yəhya Şirvanidir
(v.868/1464).
Xəlvətiyyə təriqətinin İranda yaranmasına baxmayaraq, Osmanlı
dönəmin- də İstanbul, Anadolu, Qafqaz və Balkanların
çox yayılan təriqəti olmuşdur. Xəlvətiyyə təriqətinin otuzdan çox
şöbəsi vardır. Təriqət Aydınlı Dədə Ömər Ruşəni (v. 892/-1487)
tərəfindən qurulan Ruşəniyyə, “Cəmali-Xəlvəti” olaraq bilinən
və Məhəmməd ibn Hamidüddin Cəmali (v.899/1494) tərəfindən
qu- rulan Cəmaliyyə, “İgidbaşı” ləqəbi ilə yad edilən Əhməd
Şəmsəddin (v.910/1504) tərəfindən qurulan Əhmədiyyə və Əhməd
Şəmsəddin Sivasi (v.1006/1597) tərəfindən qurulan Şəmsiyyə- deyə
dörd əsas yerə ayrılır.
Bu gün Misirdə Dəmirdaşiyyə, Guneymiyyə, Hərəviyyə, Simnaniyyə,
Əlvaniyyə və Şubraviyyə kimi qolları mövcuddur. Avropa
və Amerikada bəzi Xəlvəti qollarının, xüsusilə də Cərrahiliyin
fəaliyətləri davam etməkdədir.

13. BAYRAMİYYƏ
Hacı Bayram Vəli (v.833/1429) tərəfindən qurulan Bayramiyyə
təriqəti, ümumiyyətlə Xəlvətiyyə ilə Nəqşibəndiyyə təriqətlərinin
prinsiplərini özündə cəmləşdirən bir təriqət olaraq qəbul edilir.
Hacı BayramVəlinin şeyxi Hamidüddin Aksarayinin həm Səfəvi
ailəsi vasitəsilə Xəlvətiyyə, həm də Şamdaki şeyxi Şadidi Rumi
vasitəsilə Nəqşi təlim və tərbiyəsi gördüyü qeyd edilir. Daha qurucularının
sağlığında Bayramiyyə təriqətinin əsasları tərtib edilmiş,
Ankara, Bursa və Ədirnə şəhərlərinin ətrafında yayılmışdır.
Bayramiyyə təriqəti də, Xəlvətiyyə təriqətində olduğu kimi
cəhri üsulla əsma zikrini mənimsəyən bir təriqətdir. Ancaq Bayramiyyənin
Məlamiyyə qolunda “könül gözləmə”- deyə bilinən bir
xafi zikr forması vardır.
Bayramiyyə, “cəzbə, məhəbbət və sirri-İlahi” şəklində üç təməl
əsasa sahibdir. Hacı Bayram Vəlidən sonra təriqətin ən böyük şeyxi
sayılan Ağşəmsəddinin əsərləri, təriqətin təməl əsaslarının qorunmasında
böyük bir xidmət göstərmişdir. Çünki Bayramı Vəlinin
bir neçə mənzuməsi xaricində hər hansı bir əsəri günümüzə qədər
gəlib çatmamışdır.
Ağşəmsəddin və İbrahim Tənnurinin, İbn Ərəbinin fikirlərini
müdafiə edən əsərləri Bayramiyyənin yolunu göstərir. Bayramiyyənin
bir başqa xüsusiyyəti də bir türk tərəfindən Anadolu torpaqlarında
qurulan ilk təriqət olmasıdır. Yayıldığı ərazilər də ümumiyyətlə
Anadolu və Balkan yarımadasındakı Türk əraziləridir.
Bayramiyyə təriqətinin Ağşəmsəddin tərəfindən qurulan Şəmsiyyə,
Dədə Ömər Sikkini tərəfindən təmsil edilən Məlamiyyə və
Ağbığ vasitəsilə Əziz Mahmud Hüdayiyə nisbət edilən Cəlvətiyyə
adlı üç qolu vardır. Əsil Bayramilik, Şəmsiyyə və onun qolu Himmətiyyə
olaraq davam etmişdir. Ankaradakı mərkəz təkyədən başqa
İstanbul, Bursa, Ədirnə və Balkan yarımadasında da Bayrami
təkyələri saylarının az olmasına baxmayaraq vardır.
Məlamiyyə bir məşrəbin adı olmasıyla bərabər, Dədə Ömər
Sikkini ilə bərabər bir təriqətin də adı olmuşdur. Bayrami məlamiləri,
Osmanlılar zamanında da ən çox təqibə məruz qalan təriqət
mənsubları olaraq diqqət çəkməkdədir.
Cəlvətiyyə təriqəti hər nə qədər Bayramiyyənin bir şöbəsi isə
də, zamanla müstəqil bir təriqət halına gəlmişdir. Cəlvətiyyənin
qurucusu Əziz Mahmud Hüdayidir (v.1038/1628). Osmanlı zamanında
yetişən ən nüfuzlu şeyxlərdən biri olan Əziz Mahmud
Hüdayi, yaxşı bir mədrəsə təhsilinə və müdərrislik dərəcəsinə çatdıqdan
sonra təriqətə girmişdir. Otuza yaxın əsəri və yüz minlərə
çatan müridi olan Hüdayinin təriqəti, sağlığında və vəfatından
sonra İstanbul, Bursa və Balkan yarımadasında yayılmışdır.
“Tövhid zikri və mücahidə” əsasına istinad edən təriqət, elm və
dövlət məmurlarının da marağını cəlb etmişdir. Bursalı İsmail
Haqqı (v.1137/1725) kimi çox əsər yazan təsəvvüf müəllifləri, bu
təriqətdən yetişmişdir. Təriqətin Həqqiyyə, Fənaiyyə, Səlamiyyə
və Həşimiyyə adlı qolları, İstanbulda isə otuza qədər təkyəsi var
idi.
Bunlardan başqa Mədyəniyyə, Kübrəviyyə və Sadiyyə adıyla
zikr edilən müstəqil təriqətlər də mövcuddur. Bu təriqətlərdən
Mədyəniyyə, Əbu Medyən Şueyb (v.590/1193) tərəfindən qurulan
bir təriqətdir. Afrikanın şimalında “Şeyxul-məğrib” ləqəbiylə
məşhur olan Əbu Medyən, Şərqin şeyxi “Şeyxul-məşriq” ləqəbiylə
bilinən Əbdülqadir Geylaninin çağdaşıdır. O, Şaziliyyə təriqətinin
qurulmasına və inkişaf etməsinə böyük təsir göstərmişdir.
Kübrəviyyə təriqətinin qurucusu olaraq qəbul edilən Türkistan
şeyxlərinin dahilərindən Nəcməddin Kübra (v.618/1221) Monqollarla
müharibə zamanı şəhid olmuşdur. Bu təriqət, Anadoludan
çox, Orta Asiya, İran və Rusiyada yayılmışdır. Bu gün Özbəkistanda
hələ də təmsilcilərinin olduğu haqda məlumatlar vardır.
Sadiyyə təriqəti də, Sadəddin Cibavi (v.700/1300) tərəfindən
qurulmuşdur. Suriya bölgəsində yaranıb inkişaf edən bu təriqət,
daha sonra Anadolu və İstan- bula da gəlmişdir. Sadiyyə təriqətinin
başqa bir adı da “Cibaviyyə”dir.

AZƏRBAYCAN RESPUBLİKASI
BAKI İSLAM UNİVERSİTETİ
Kitabın adı:
« TƏSƏVVÜF TARİXİ »
Müəllif:
Heyət
Elmi Redaktor:
Dr. Rafiz Manafov
Dizayn:
Əflatun Məmmədov
ISBN:
978-9952-8121-9-0

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı DİN içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.