Azərbaycan Milli Dirçəliş Günü

azerbaycan bayrağı17

Milli Dirçəliş Gününün 25 illiyidir.

Bu gün, 1992-ci ildə elan olunmuşdur.1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. O vaxt, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan o vaxt Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində Respublika və İttifaq orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin vədəsiz mitinqi başlandı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Meydan hərəkatı düz 17 gün çəkdi və 1988-ci il, dekabrın 4-dən 5-nə keçən gecə Sovet tankları meydanı mühasirəyə alıb etirazçıları dağıtdı. Lakin bu, nə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini dayandıra bildi, nə də SSRİ-ni dağılmaqdan xilas edə.

Xalqımızın 17 günlük şanlı mübarizə səhifəsinin o ilk günü isə 1992-ci ildə rəsmən Milli Dirçəliş Günü kimi bayram elan edildi. Bayramınız mübarək!

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı ÖZEL GÜNLER içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.