Azərbaycan medeniyyeti: Xalça mütəxəsisi Cəbrayıl Əhmədov

XX əsrin əvvəllərində Azərbaycanın sayılıb-seçilən tacirlər, milyonçular olmuşdur. Onlardan biri Bakı milyonçusu, tacir Əhmədov Cəbrayıl idi. Cəbrayıl Əhmədov Əhməd oğlu oktyabr 1876-cı ildə Bakı şəhərində anadan olmuşdur. “Azərxalça” İstehsalat Birliyinin yaradıcısıdır. 1928-1966-cı illərdə Birliyin istehsalat şöbəsinin müdiri olmuşdur. Cəbrayıl Əhmədovun fəaliyyəti dövründə Bakı xalça artelində yüksək kefiyyətə malik bir sıra xalçalar — Nizaminin “Xəmsə”si, “V.İ. Lenin”, “İ.V.Stalin” (70 metr olan bu xalça ölçüsünə görə Azərbaycanda toxunan ən böyük xalçadır, Azərbaycanın xalçaçılıq tarixində bu günə kimi bu böyüklükdə xalça toxunmamışdır), “Ü.Hacıbəyov”, “M.Əzizbəyov”, “T.Q.Şevçenko” və s. portret xalçaları toxunulmuşdur. Dövrünün gənc milyonçusu olan Cəbrayıl Əhmədovun Bakı şəhəri Kominist indiki İstiqlaliyyət küçəsində ticarət obyektləri olmuşdu. Gənc milyonçu həmin obyektlərinə öz şəxsi gəmiləri ilə Avropa ölkələrindən əntik əşyalar gətirərdi. Cəbrayıl Əhmədov “SSRİ Dövlət mükafatı” laureatı, “İ.V.Stalin”, “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Bakı milyonçusu, tacir, xalça mütəxəssisi dekabr 1966-cı ildə Bakı şəhərində vəfat etmişdir

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı HAYATIN İÇİNDEN, SANAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.