Tural Adışirin : XIX yüzil və XX yüzilin önlərində Azərbaycan yazıçılarının əsərlərində “erməni” mövuzusu

Tural Adışirin1

XIX yüzil və XX yüzilin önlərində Azərbaycan yazıçılarının əsərlərində “erməni” mövuzusu

Tural Adışirin (ŞƏKİ)

XIX yüzil və XX yüzilin önləri Azərbaycan xalqının ictimai-siyasi,mədəni həyatında önəm daşıyan bir mərhələdir. Ədəbiyyatımızın bu dönəmi ədəbiyyat tariximizdə çoxsaylı tədqiqatlarla müşayət olunur. Lakin bu tədqiqatarda elə məsələlər vardır ki,zamanın tələbləri ilə bağlı olaraq öz məzmunu və forması etibarı ilə dəyişdirilibdir. Bütün tarixi dövrlərdə türkün qəddar düşməni olan ermənilərə münasibət bu qəbildəndir. Tarixdən bildiyimiz kimi,milli faciəmizi qanuniləşdirən, iki qardaşı bir-birindən ayrı salan Türkmənçay müqaviləsinin XV maddəsi ilə İrandan Qarabağa ermənilər köçürüldükdən sonra bu düşmənçilik gizli və açıq şəkildə özünü göstəribdir. Uzun illər Azərbaycan yazıçıları öz əsərlərində saxta xalqlar dostluğu ideyasına sadiq qalaraq bu mənfur xalqın nümayəndələrini ədalət və demokratik nöqteyi nəzərdən göstərməyə çalışıblar. Hazırki araşdırmamın məqsədi XIX yüzil və XX yüzilin önlərində yazılmış əsərlərdə erməni obrazına münasibət bildirməkdir.Ümumilikdə bu dövrün mənəzərəsinə nəzər saldıqda erməni məsələsi,ermənilərin iç üzü həm XIX yüzil,həm də XX yüzilin önlərində yazıb-yaradan yazıçılarımızın əsərlərində özünü açıq şəkildə biruzə verir. XIX yüzil yazıçılarımızdan M.Ş.Vazehin şeirlərində, dramaturgiyamızın banisi M.F.Axundzadənin “Sərgüzəşti mərdi-xəsis” (Hacı Qara) komediyasında, həmiçinin “Aldanmış Kəvakib” povestində, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında kefli Qıdının timsalında, o cümlədən, XX yüzilin önlərində realist nəsrimizin ən görkəmli nümayəndələrindən olan C.Məmməd¬quluzadənin “Kamança” pyesində kamançaçı Baxışın, “Usta Zeynal” hekayəsində Muğdusi Akopun timsalında, eləcə də felyotonlarında, özəlliklə, “Erməni və müsəlman övrətləri” başlıqlı felyetonunda, N.Nərimanovun “Bahadır və Sona” romanında və başqa əsərlərdə üzdə dost görünən,arxadan isə quyu qazan bu murdar xalqın iç üzü, qorxaqlığı, hiyləsi və.s hər cür insanlığa sığmayan iyrənc hərəkətləri üstöürtülü də olsa ustalıqla göstərilibdir. Bundan əlavə erməni xisləti, erməni məkri, hiyləsi neçə-neçə azərbaycanlının görən gözlərinin, düşünən beyinlərinin başında çanaq kimi çatlayıbdır. Belə ki,Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri, istedadlı alim, filosof və şair olan A.Bakıxanovun bir növ rus çarının gözündən salınmasında, ona qarşı hər cür pisliyin göstərilməsində erməni Mirzəcan Mədətovun məgər rolu olmayıbdırmı? Bu haqda biz görkəmli ədəbiyyatşünas Vəli Həbiboğlunun “Abbasqulu Ağa Bakıxanov” monoqra¬fiyasında rast gəlirik. Kitab A.Bakıxanov haqqında məlumat almaq üçün ən dəyərli sənət incisidir. Burada A.Bakıxanovun uşaqlığından tutmuş ta ölümünə qədər həyatı verilmiş, əsərlərinin adı qeyd edilibdir. Ancaq bu monoqrafiyada “Erməni generalı Mədətov” başlığı özəlliklə ilgiçəkicidir. Burada erməni generalının öz sələfləri kimi vəzifəsindən sui-istifadə edərək müsəlman əhalisinə divan tutması göstərilir. Qafqazda bu kimi erməni generallarının vasitəsilə çarizmin müstəmləkəçilik siyasətinin həyata keçirilməsində və bu siyasətin erməni uzaqgörənliyi ilə aparılmasında bilavasitə Çar Rusiyasının xüsusi əli olubdur.Məgər A.Bakıxanovun “Müsəlman polkuna nə üçün başqa dinə biət edən şəxs başçılıq edir” fikri düşündürücü deyilmi? Yaxud, A.Bakıxanovun çarın gözündən salmaq üçün gizli onun otağına girib seyfindən təmiz tərcümçə sənədlərini alıb onun yerinə qaralama, dəyişdirilmiş sənədlərin qoyulması erməni iç üzünü açıb göstərmirmi? Bu kimi faktları nə qədər istəsək göstərə bilərik.Buna bənzər başqa bir azərbaycanlı oğlunun – F.Köçərlinin başına gətirilən müsibəti də qeyd etmək yerinə düşər. Dövrünün açıq fikirli ziyalılarından olan bu azərbaycanlı oğlunu təəssüf ki, erməni xisləti nəticəsində əcəl vaxtsız apardı. Hələ sağlığında bu görkəmli Azərbaycan alimi “Ey qardaşlar, həyatın qədrini biliniz, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız” kimi xalqı ayıltmağa çalışan dəyərli fikirləri ilə öz ölüm fərmanını imzalayıbdır.Təbii ki, bu cür fikirlər nə Çar Rusiyasını, nə də erməni daşnaklarını razı sala bilərdi.Ona görə də belə insanların aradan götürülməsi vacib şərt idi.Necə deyək,onlar qaranlıq beyinlərə işıq saalan məhz belə insanları aradan götürməklə xalqın düşünən beyinlərini məhv eləmək istəyirdilər. Onlar xalqın tanınmış şəxsiyyətlərinin sanki qan içənləri idilər.
XIX yüzildə mənfur erməni obrazını ilk dəfə ədəbiyyat tariximizdə işıqlandıran hələlik araşdırılmayan, geniş oxucu kütləsinə bəlli olmayan Xürrəminin “Salman ilə Sərkis” poemasından daha aydın görmək olar. Poema haqqında məlumatı biz Yolçu Piriyevin “XIX əsr Azərbaycan ədəbiyyatında poema janrı” kitabından əldə edirik. “Kəşkül” qəzetinin 1888-ci il 65, 66, 67 və 68-ci saylarında bölüm-bölüm çap olunan bu əsər Azərbaycan və erməni xalqlarının həyatına və məişətinə həsr edilib. Əsərdə göstərilir ki, azərbaycanlı Salman və erməni Sərkis yol yoldaşı olur. Onların hər biri öz millətində olan şərafətdən, nəcabətdən bəhs edir. Salman öz xalqını tərifləyir və ermənilərdən şərəfli olduğunu qeyd edir. Salmanın aşağıdakı sözlərinə fikir verək: “Dağıstanda xanlıq olanda ermənilər bizə qul imişlər. Sizdə vüqar, təmkin, böyük-kiçik gözləmək yoxdur. Sizin millət arasında “təsvir və hiylə” geniş yer tutur.” (9,78). Salmanın bu sözü Sərkisin xoşuna gəlmir,o da müsəlmanları pisləməyə başlayır. Müsəlmanların tərifi çox xoşladıqlarını söyləyir. Sonra qeyd edir ki,bəs nə üçün belədirsə, Qafqazda şöhrət qazanan ermənilərdir, ən yaxşı şeylər bizim xalqdan yetişir, badəpərəst bizik məst olan siz.

Ermənilər əgərçi çox azdır.
Leyk çeşmi-çırağı Qafqazdır.

Əlbəttə ki,Sərkisin sözlərində məna vardır.İkiüzlülük,hiyləgərlik erməni xalqından başqa hansı xalqdan çıxa bilər.Ermənilərin ən böyük hiyləsi də xalqının qədrini, qiymətini bilməsidir. Bunu biz Sərkisin timsalında da görürük. O, dövlətin qüvvətlənməsi üçün hər ay Üçkilsəyə dini vergi verir.”Salman və Sərkis” poeması maraqlı məzmuna malik, dövr üçün aktual olan bir məsələyə həsr edilmiş bir əsərdir.
XIX yüzildə “erməni” mövzusuna ədəbiyyatımızın ilk maarifçi nümayəndəsi olan M.Ş.Vazehin yaradıcılığında rast gəlirik.M.Şəfinin əsərləri içərisində onun azərbaycanca “Süsəni” rədifli müxəmməsi və farsca nəzmlə yazılmış aşiqanə məktubu xüsusilə diqqəti cəlb edir.Hər iki əsər Susanna adlı bir erməni qızına həsr olunub.Böyük şair görünür sələfi Molla Pənah Vaqifin öz gözəl vətən qızlarımızı vəsf etmək ənənəsi əvəzinə yanlışlıqla poetik səhvə yol verərək,erməni qızını vəsf edərək,onu bütün dünya gözəllərindən üstün tutubdur.Şeirdə erməni qızının bu cür vəsf edilməsi həqiqətən başa düşülməzdir.Erməni məsələsi XIX yüzildə daha bir görkəmli sənətkarımızın – M.F.Axundzadənin yaradıcılığında vardır.
Ədəbiyyatımızda komediyanın, yeni nəsrin,realizm məktəbinin əsasını qoyan bu böyük sənətkarın “Hekayəti mərdi-xəsis” və ya “Hacı Qara” komediyasında və “Aldanmış Kəvakib” povestində erməni məsələsinə toxunulubdur.”Sərgüzəşti mərdi xəsis” və ya “Hacı Qara” komediyası həyat həqiqətlərini dərindən əksetdirmə etibarı ilə M.F.Axundovun dramaturgiyasının şah əsəridir.Bu komediya sanki XIX əsr cəmiyyətini və onun qayda-qanunlarını,eyiblərini əks etdirən bir güzgüdür.Komediyada erməni obrazlarına Ohan, Sərkis, Qəhrəman, Karapet, Mkrtıç və Arakel sürətləri daxildir. Onlardan Ohan, Sərkis, Karapet erməni qaravulları, Mkrtıç və Arakel isə adi əkinçilərdir.Ədib komediyanın üçüncü və dördüncü məclisində bu erməni nümayəndələrinin ifşaedici obrazlarını yaradıbdır.Komediyanın üçüncü məclisində Ohan, Sərkis, Qəhrəman və Karapet adlı erməni qaravullarının qorxaqlığı canlandırılır.Onlar qorxaq,ikiüzlü erməni vətəndaşlarıdır. Onlar öncədən ağız dolusu danışır,qaçaqları gəlməklərinə peşman edəcəklərini,əllərində nə varsa soyacaqlarını bildirirlər.Ancaq işə gəldikdə isə yerlərində tir-tir əsirlər. Onları öldürməmələri üçün qaçaqlardan aman istəyirlər. Buradan da yazıçı oxucuya bu xalqın necə qorxaq, ikiüzlü və riyakar olduğunu açıq-aydın göstərir. Bu faktı biz Heydər bəylə Ohanın dialoqunda bir daha görürük.Fikrimizi daha aydın çatdırmaq üçün dialoqdan bir parçanı qeyd edək:
Heydər bəy – Adə qırışmal, ermənisən, nəsən, nə kəsdiribsən yolumuzu? Çıxın yoldan. Yoxsa hamınızı bu saat yarpaq kimi biçib-tökərəm.
Ohan – Çıxırıq, çıxırıq darıxma, balam. Sərkis, Karapet, Qəhrəman, qayıdın balam. Bunlardan qan iyisi gəlir.
Artıq bu dialoqdan görünür ki,hər şey açıq-aydındır.Dialoqun bir tərəfində dediyi sözdən dönməyən, bircə qaşıq qandan belə qorxmayan igid türk oğlu türk obrazı,digər tərəfində isə öz həyasızlığı dünyaya səs salan,türkün qabağında tir-tir əsən erməni obrazı canlandırılır.
Bundan başqa əsərdə ermənilərin lap rüsvayçı halı Ohanla Sərkisin dialoqunda da özünü göstərir. Belə ki, Sərkisin papağı qaçdığı yerdə başından düşür.Sərkis papağını əyilib götürmək istəyəndə Ohan yüzbaşı onu qoymur. ”A gədə, Sərkis, bu yana dön. Bizi qana çalxalama, qoy qalsın – deyir”. Buradan da artıq ermənilərin nə qədər “qeyrətçil” bir xalq olduğu görsənir. Can hayında olan erməninin gözündə qeyrətin tapdaqlar altında olması onu heç maraqlandırmr.
Dahi mütəfəkkir ədəbiyyatımızda yeni nəsrin(povest janrının) əsasını qoyduğu “Aldanmış Kəvakib” əsərində də “erməni məsələsi”nə toxunubdur. O, XIX yüzildə Rusiyanın əli ilə ermənilərin ayrı-ayrı yerlərə səpələnməsi məhz “Aldanmış Kəvakib” povestində mollabaşı Axund Səmədin dili ilə aşağıdakı kimi vurğulayıbdır:
“Hətta mən istədim ki, cühutlara və ermənilərə dəxi əl qatıb onları da şiə məzhəbinə döndərim. Amma bir para xeyrəndiş kimsələr məsləhət görmədilər ki,lüzumu yoxdur. Çünki hər torpaqda cühutdan və ermənidən bir az var,bizim torpağımızda da bir az olmaqları məsləhətdir”
“Erməni” mövzusu” ədəbiyyatımızın görkəmli nümayəndəsi N.Vəzirovun yaradıcılığında da öz əksini tapır. Ədibin 1895-ci ildə yazıb qurtardığı “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında bunu sübut etmək mümkündür. Komediyanın Kefli Qıdı surəti timsalında dırnaqarası ermənilərlə azərbaycanlıların dostluğu,mehribanlığı göstərilir. Komediyada Kefli Qıdı gününü eyş-işrətdə keçirən harın erməni obrazıdır. Onu öz qarnından başqa heç nə maraqlandırmır. O, hətta əsərdə arvadbaz və cimrinin biridir. Uşaqlıq dostu Hacı Qəmbərə bir tikə çörəyi çox görür. Komediyanı oxuduqca yazıçı erməni obrazının hansı sifətlərə malik olmasını oxucunun nəzərinə çatdırır. Bundan əlavə bir şeyi də qeyd etmək lazımdır ki, N.Vəzirovun hər iki qonşu xalqı keçmişdəki kimi mehriban yaşamağa çağırması fikri də o qədər ürəkaçan deyil, əksinə ədib ermənilərin tarixən Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri nəzərə alıb,erməni obrazına daha tənqidi yanaşmalı, belə fikirlər irəli sürməməli idi.Hər halda o dövrün qayda-qanunlarını nəzərə alıb ədibin bu cür yanaşması başa düşüləndir.
Ədəbiyyatımızda erməni mövzusu, erməni obrazına münasibət XIX yüzil yazıçılarımızın əsərlərində öz əksini tapdığı kimi, XX yüzil yazıçılarımızın əsərlərində də işıqlandırılıbdır. Bu dövr yazıçılarımızdan C.Məmmədquluzadənin “Kamança” pyesində, “Usta Zeynal” hekayəsində,N.Nərimanovun “Bahadır və Sona”, M.S.Ordubadinin “Dumanlı Təbriz”, Y.V.Çəmənzəminlinin “Qan içində” romanında “erməni məsələsi”nə ustalıqla yanaşılıbdır. Qeyd edilən əsərlərdə dırnaqarası erməni-Azərbaycan dostluğu, ermənilərin fırıldaqçılığı, Azərbaycana qarşı torpaq iddiaları və.s məsələlər göstərilir. İlk olaraq C.Məmmədquluzadənin “Kamança” pyesindəki erməni obrazına münasibət bildirək. Bu pyes Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir. Pyesin qəhrəmanı Qəhrəman yüzbaşı vətənin müdafiəsi üçün erməni quldurlarına qarşı mübarizə aparan igid azərbaycanlı oğludur. Əsərin ən maraqlı hissəsi Qəhrəman yüzbaşı ilə erməni-kamançaçı Baxışın qarşılaşdırılması hissəsidir.Həmvətənlərinin ermənilər tərəfindən vəhşiliklə öldürülməsinə baxmayaraq o böyük humanistlik göstərərək ermənini-kamançaçı Baxışı bağışlayır. Bununla da müəllif üstörtülü də olsa göstərir ki, Azərbaycan xalqı hər zaman bağışlayan,mərhəmət edən xalqdır. Halbuki qarşısındakı qaniçən erməni olsa belə. Böyük sənətkarın “Usta Zeynal” hekayəsində də Muğdusi Akopun simasında erməni obrazına rast gəlirik. Əsərdə avam,cahil Usta Zeynalın dilindən ermənilərin necə murdar bir xalq olduğu bədii ustalıqla oxucunun nəzərinə çatdırılır. Usta Zeynalın dilindən adicə bir fakta diqqət yetirək: “Qurban, belə fərz elə, ermənilərin hamısı dönüb müsəlman oldu. Onda Allah cəhənnəmi kimdən ötrü xəlq edib?” Buradan gözəl bir məntiq ortalığa çıxır ki,erməni və erməni xalqı nəinki bu dünyaya,heç cəhənnəmin yeddinci qatına da layiq deyillər. Əsərdə yazıçı ermənini o qədər murdar hesab edir ki,küp vasitəsilə bunu lap gözəl ifadə edir. Aşağıdakı parçaya da diqqət etsək,dediyimiz fikri lap aydın başa düşərik: “Qurban, Allah sənə lənət eləsin!.Erməninin küpəsində su gətirib gəc qayırdın, bütün aləmi murdar elədin”. Görünür böyük yazıçının erməni xalqına o qədər dərin bifrəti olub ki, əsərdə belə bir priyoma əl atıb.
Tarixi romanların mahir qələm sahiblərindən olan böyük yazıçı M.S.Ordubadinin “Dumanlı Təbriz” romanında erməni surətinə rast gəlirik. Təəssüflə qeyd etmək lazımdır ki,yazıçı erməni Arşaq Sürenyanı əsərin müsbət surətlərindən biri kimi təqdim edir.Guya müəllif bu surət vasitəsilə xalqlar dostluğunu,ermənilərlə-azərbaycanlıların qədim tarixə malik “qardaşlığını” əks etdirmişdir.Bir şey başa düşülməyəndir ki, daima türkün qanını içən, ”türk sənin yeganə düşmənindir” deyən, adda qardaş adlandırdığı Azərbaycan xalqının ahılına,qocasına,beşikdəki körpəsinə belə acımayan,onu qılıncdan keçirən,faşistdən belə yüz dəfə qatı faşist olan erməni xalqının azərbaycanlılara qarşı hansı dostluğundan söhbət gedə bilər? Hər halda bu o dövr üçün digər yazıçılarımızda başa düşülən olduğu kimi, M.S.Ordubadidə də başa düşülən idi. Çünki bu dövrdə ölkəyə Çar Rusiyasının əmanətçisi olan Sovet İmperiyası ağalıq edirdi.Azərbaycan xalqının başı üzərində daima ermənilərin simasında rusların “Demokl qılıncı” var idi.
Erməni məkri,erməni hiyləsi XX əsrdə daha bir yazıçımızın-Y.V.Çəmənzəminlinin “Qan içində” romanında mühüm yer tutur.Romanı tarixi sənədlərə,mənbələrə əsaslanmış yazıçı Mirzə Adıgözəl bəyin “Qarabağnamə” və Mirzə Camalın “Qarabağ tarixi” əsərlərindən geniş istifadə edibdir. Romanda Ohan yüzbaşının timsalında ermənilərin Azərbaycan xalqına qarşı torpaq iddialarının ilk rüşeymlərini görürük. Belə ki,Qarabağ ərazisində yerləşən erməni məliklikləri böyük ağaları Rusiyanın havadarlığı ilə Qarabağ xanlığına qarşı pozuculuq edir,xanlığın nüfuzunu Rusiyanın nəzərindən aşağı salmağa çalışırdılar.
Ümumiyyətlə, ermənilərin həm istər o dövr üçün – XIX, XX yüzil, həm də müasir dövrümüzdə – XXI yüzildə Azərbaycan xalqının başına gətirmədiyi bəla,müsibət qalmamışdır. 1918-ci il mart soyqırımı, 1990-cı ilin 20 yanvarı, Sumqayıt hadisələri, 1992-ci ilin Xocalı soyqırımı, Qarakənd faicəsi və bundan başqa saya bilmədiyimiz Azərbaycana qarşı haqsız törədilən yüzlərlə terror aktları erməninin-bu mənfur xalqın türkün, ümumilikdə türk dünyasının qorxulu kabusu,düşməni olduğunu bir daha göstərir. Bu mövzu ədəbiyyatımızın ağrılı-acılı səhifələrində özünəməxsus yer tutur və erməni məkrini,hiyləsini daha dərindən öyrənmək üçün gələcəkdə tədqiqə böyük ehtiyacı vardır.

ƏDƏBİYYAT
1.Azərbaycan ədəbiyyatı tarixi.II cild.Bakı.1960.AMEA-nın nəşriyyatı
2.Axundov.Y.”Azərbaycan Sovet tarixi romanı”.Bakı,Yazıçı,1979
3.Axundov M.F.”Bədii və fəlsəfi əsərləri”.Bakı,Yazıçı,1987
4.F.Köçərlinin şəxsi arxivi.Bakı,Nurlan,2005
5.Həbiboğlu Vəli.”Abbasqulu ağa Bakıxanov”.Bakı,Gənclik,1992
6.Məmmədquluzadə C.”Seçilmiş əsərləri”.I cild.(Pyesləri və nəsr əsərləri)
7.Məmmədquluzadə C.”Seçilmiş əsərləri”.II cild.(felyotonları və məqalələri)
8.Məmmədquluzadə C.”Seçilmiş əsərləri”.IV cild.(Memuarlar,məqalələr,məktublar).Bakı,Öndər,2004
9.Piriyev Y.”XIX əsr Azərbaycan ədəbiyyatında poema janrı”.Bakı,yazıçı,1988
10.Vəzirov.N.”Seçilmiş əsərləri”(Povest və hekayələri).Şərq-Qərb.Bakı,2005

Şəki, 2014

http://www.dgtyb.org/news/2078.html
http://www.dgtyb.org/news/2078.html

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.