Yel çərşənbəsi

Yel (külək) Tanrının gözlə görünməyən, lakin duyulan nəfəsidir.

Yel çərşənbəsi Boz ayın dörd çərşənbəsindən biridir. Təbiətdə oyanmanın, canlanmanın birinci şərti, sözsüz ki havanın qızması ilə bağlıdır. Bu üzdən də, bilavasitə havanın ilkin olaraq mülayimləşməsini, istiləşməsini xəbər verdiyi üçün çərşənbə həmin adla da tanınmışdır. Bu günə xalq arasında ―külək oyadan çərşənbə‖,
―yelli çərşənbə‖ də deyilir. Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qış gücdən düşərək son köçünü sürür. Bahar yağışları yağmağa, torpağa can verməyə başlayır. Əski inamlarda yel ya özü Tanrıdır, ya da dünyanı idarə edən tərəfindən göndərilən qüdrətli bir antromorfdur. Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında tanrı durur.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli
bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.
Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Qış çəkilir, yaza bax,
Göydə süzən qaza bax.
Baxdı ağlım apardı,
Gedən sərvinaza bax.
Yel əsəndə gül incir,
Bülbül incir, gül incir,
Yad bağban, bağa girmə,
Yarpaq düşür, gül incir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı ÖZEL GÜNLER, KÜLTÜR-GELENEK-GÖRENEK içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.