NOVRUZ BAYRAMININ SONUNCU ÇƏRŞƏNBƏSİ – İlaxır çərşənbə – Torpaq çərşənbə

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “ Yer çərşənbəsi”, “ İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır.İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
İlaxır çərşənbələr arasında Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə zəngindir. Həmin gün insanlar torpaq sahələrinə çıxır, torpağı təmizləyir, kütləvi şənliklər keçirir. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: evlərdə üzərlik yandırılır, həyətlərdə tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qulaq falları və s.

Torpaq çərşənbəsi Boz ayın dörd çərşənbəsindən biridir. Bu çərşənbə torpağın isinib oyanması rəmzidir. Torpaq olmasa həyat da olmaz. Torpaq yaradıcı, törədici olduğuna görə ona ―Ana torpaq‖ deyə ehtiram göstərirlər. Bu gün də torpağa sədaqət, məhəbbət Anaya, Vətənə məhəbbətlə bərabər götürülür, eyniləşdirilir. Qədim zamanlardan and içəndə deyirlər: ―Torpaq haqqı, yer haqqı. Alqış söyləyəndə deyillər: ―Torpağın həmişə gül bitirsin, ―Torpağın bərəkətli olsun. Atalarımız ―Torpağa əyilən namərdə əyilməz, ―Torpağa var versən, o da sənə bar verər.
Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır.
Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatırladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir.

Həmçinin İlaxır çərşənbənin gecəsi bərəkət paylanılan gecə olduğu üçün buğda, un çuvallarının və digər azuqə qablarının ağzı açıq saxlanılmalıdır. Eyni zamanda bu çərşənbədə sübh tezdən evin damına bir ovuc buğda atırlar ki, bolluq olsun, evin bərəkəti artsın.
İlaxır çərşənbədə ərgən, yetişmiş qızlar evin kandarında arxası həyətə sarı durub sağ ayaq başmaqlarını sağ əli ilə sağ çiyinlərindən arxaya atırlar. Sübh tezdən oyanıb başmaqlara baxırlar. Əgər başmağın burun tərəfi yola, dabanı isə evə sarıdırsa, sahibi yaxın vaxtlarda xeyir xəbər eşidəcəyinə, ərə gedəcəyinə inanır.
İlaxır çərşənbə, eləcə də Novruz bayramı axşamı bəzədilmiş xonçada evdəkilərin hər birinin adına yandırılmış şam olur. Evdəkilərdən hər kəs özünün, ya da başqasının şamını gözaltı eyləyib niyyət tutur. Gözaltı olunmuş şam o birilərindən çox yanarsa, niyyət sahibi istəyinin başa gələcəyinə inanır.
Sözsüz ki, İlaxır çərşənbə ilə bağlı mərasim ayinlərinin, xalq inamlarının sayını çoxaltmaq olar. Amma həqiqət budur ki, bu deyilənlərin hamısı bilavasitə təbiətin bütövlükdə oyanması, canlanması bayramı olan Novruzla bağlıdır.
Novruz bayramı axşamında da tonqal yandırılır, ailə üzvləri tonqalın üstündən hoppanırlar. Novruz tonqalı sönənə yaxın içinə üzərlik atıb deyirlər: „Ocağıma əyri baxanın gözü partlasın, özü isə yanıb çatlasın―.

Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
Axır çərşənbədə tonqal yandırarlar.
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
Axır çərşənbədə çimərlər.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbədə günü borc un verməzlər.
Axır çərşənbədə günü şam yarımçıq söndürməzlər.
Axır çərşənbədə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
Axır çərşənbədə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbədə günü evdən ağartı verməzlər.
Axır çərşənbədə günü zahı üstünə getməzlər.
Axır çərşənbədə günü evdən çörək verməzlər.
Axır çərşənbədə gecəsi tez yatmazlar.
Axır çərşənbədə gecəsi evdə qazan asarlar.
Axır çərşənbədə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Axır çərşənbədə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib ?filankəslərin adına qazan asdım? deyib qazana ət, düyü və s. tökərlər.
Axır çərşənbədə günü ertədən lampa yandırarlar.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı ÖZEL GÜNLER içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.