İslam Səfərli şeirlərinin mövzusu

Sənsiz
Sol döşüm üstündə yatıb bu gecə,
Ürəyim dil açıb, dedi gizlicə:
-Mən Səni yaşadıb, mən Səni duydum,
Mən Sənin yolunda ömrümü qoydum…
Dedim: -dinlə könül, məndə bir siməm,
Dostluğa mətnəm, sevgiyə yaram
Sənsiz bu dünyada demə heç kiməm
Ürəkdən yaradan bir sənətkaram….

İslam Səfərli şeirlərinin mövzusu rəngarəngdir, bu şeirlər onun üçün mənəvi ehtiyac və könül çırpıntılarının ifadəsidir. Bu şeirlərdə elinə, obasına, xalqına olan məhəbbət obrazlılıq, dil səlistliyi, poetik ifadə tərzi və şeir üçün lazım olan nə varsa öz əksini tapmışdır. Onun şeirləri o qədər yığcam, düşünülmüş, sadə bir dildə yazılmışdır ki, sanki bir misranı çıxarsan bütün gözəlliyə xələl gətirə bilərsən. Çünki bu şeirlər axıcılığı, sözlərin düzümü bir-biri ilə vəhdət təşkil edir ki, elə zəcirvari bağlıdır ki, birini götürsən digərləri öz qüvvəsini itirəcəkdir. Bu baxımdan onun təkrarsız nəğmələri haqqında danışmamaq mümkün deyil.

İslam Səfərli nəğməkar şairdir. Onun lirikasında çay, göl, dəniz, bulaq, çiçək, zirvə və s. obrazlar özünəməxsus cizgilərlə, məna çalarları ilə seçilir. Səmimilik, axıcılıq, oynaqlıq, musiqiyə uyarlıq onun şeir yaradıcılığını xarakterizə edən vacib əlamətlərdir.

O, hər zaman şeirdə sözlərin düzümünə, xüsusi fikir vermişdir. Şair “Batabat bulağı” şeirində yazmışdır:

Bulaqların bir səmtədir axarı,

“Salvartı” nın xoş görünür baxarı,

Biçənəkdən at səyirib yuxarı,

Yalmanına yata-yata gəlmişəm

Mərcan gözlü Batabata gəlmişəm..

Bu misralar həzin bir musiqi kimi nece də axardır. Məhz şairin şeirlərindəki bu xüsusiyyətlər onu nəğməkar şair kimi tanıtmışdır. Azərbaycanımıza… Bunun nəticəsidir ki, görkəmli bəstəkarlarımızdan Cahangir Cahangirov, Tofiq Quliyev, Səid Rüstəmov, Ramiz Mirişli, Emin Sabitoğlu, Ramiz Mustafazadə, Nəriman Məmmədov və başqaları daim onun şeirlərinə müraciət etmişlər. Ona görədir ki, şairin 200-dək şeiri musiqiyə çevrilib, sevimli müğənnilərimiz tərəfindən ifa edilməkdədir.

Şairin “Ana” şeirinə görkəmli bəstəkarımız Cahangir Cahangirovun bəstələdiyi mahnı Xalq artisti Rəşid Behbudovun ifasında ömrünün sonunadək səslənmişdir:

Könlümün nuru, canım ana

Böyütdün sən məni yana-yana.

Odlusan gül kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi,

Əziz ana.

“Zərif gülüşlün”, “Ağ şanı qara şanı”, “Qonaq gəl bizə”, “Ağ xalatlı həkimlər”, “Bakı, sabahın xeyir!” və s. kimi mahnıları uzun illər müğənnilərimizin repertuarıda yer tutmaqdadır. Bu mahnıların yaranma səbəbləri vardır.

İslam Səfərli

Sənət çələngini gəzdir başında
Kim buna xor baxsa, qəlbi qaradır.
Qoy onlar bilsin ki, bizim dünyada
Ən böyük məhəbbət sənətkaradır.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.