Çanaqqala savaşı

çanakkale

XX əsr Türk tarixinin əfsanələşmiş səhifələrindən olan, vətən sevgisinin qarşısında bütün silahların aciz olduğunu göstərən Çanaqqala savaşının başlanmasından 100 İL ötür.
O dövrdə Çar Rusiyasinın müstəmləkəsi altında olmasına baxmayaraq minlərlə Azərbaycan türkü də vətən savaşında Anadolulu qardaşlarına köməyə gedərək onlarla çiyin-çiyinə vuruşub. Onlardan şəhid olanların sayı 3000-dən artıqdır.
19 fevral 1915-ci ilde başlayan Çanaqqala savaşı iki mərhələdən ibarətdir: Dəniz savaşları – 19 fevral – 18 mart 1915-ci il və Quru savaşları – 18 mart 1915 – 9 yanvar 1916-cı illər.
Çanaqqala savaşı Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya) ilə Osmanlı imperyası arasında birinci dünya müharibəsində baş verən ən qanlı doyuslerden biridir. Koalisiyaya daxil olan dövlətlərin orduları Osmanlının paytaxtı İstanbulu işğal edib iki mühüm dəniz boğazına nəzarəti ələ almaq, Rusiyaya etibarlı hərbi və iqtisadi yol açmaq, Almanyanın müttəfiqini məğlub etmək üçün Çanaqqala boğazına girmişdilər. Ancaq bütün cəhdlərə və hərbi üstünlüyə rəğmən düşmən hücumları nəticə verməmiş və ağır itkilər verərək geri çəkilməyə məcbur olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 yanvar 2015-ci ildə Türkiyəyə rəsmi dövlət səfəri zamanı ölkəmizin Çanaqqala zəfərinin 100 illiyini Türkiyə Cümhuriyyəti ilə birlikdə qeyd edəcəyini bildirməsi bir millət iki dövlət olan Azərbaycan və Türkiyə birliyinin sarsılmazlığının dünyaya bir daha bəyanıydı: “…..aprelin 24-də Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından Sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər”.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı TARİH içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.