Ramiz Aqil oğlu Mirişli

Ramiz Mirişli

Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli 2015-ci il aprel ayının 17-də ömrünün 82-ci ilində vəfat edib. Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləyib. O, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışıb, həmçinin 1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutub.

Ramiz Mirişli 1978-1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməyib, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr verib.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirib. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapıb.

Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanıb. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Tanınmış bəstəkar və pedaqoq, təvazökar insan Ramiz Aqil oğlu Mirişlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!”.

İslam Səfərli – Bir könül sındırmışam

Mən onu dan ulduzu,
Nazlı şəfəq sanardım.
Kimə inanmasam da,
Bir ona inanardım.

Ah , qəbahətim böyükdür,
Ay ellər dünən axşam, dünən axşam çağı.
Billur kimi bir ürək,
Вiг кönül sındıгмışaм.

O bir qaranquş kimi,
Qəlbimdə yuva qurdu.
Acı dilim qurusun,
Dilim onu uçurdu.

Ah , qəbahətim böyükdür,
Ay ellər dünən axşam, dünən axşam çağı.
Billur kimi bir ürək,
Вiг кönül sındıгмışaм.

Saçlarının gül ətri,
Titrəyən ovucumda,
İntizar baxışlarım,
Ağlar yol ayrıcında .

Ah , qəbahətim böyükdür,
Ay ellər dünən axşam, dünən axşam çağı.
Billur kimi bir ürək,
Вiг кönül sındıгмışaм.

Musiqi : Rамiz Мirişli

Bir gönlü kırmışım

Ben onu kutup yıldızı
Parlak şafak sanırdım
Kime inanmasam da
Bir ona inanırdım

O bir kırlanğıç gibi
Kalbide yuva kurdu
Acı dilim kurusun
Dilim onu uçurttu

Saçlarının gül kokusu
Titreyen avucumda
Bu intizar gözlerim
Ağlar yol ayrıcında

Kabahatim büyüktür
Ay eller dünen akşam
Bir yüreğı kırmışım
Bir gönlü kırmışım

Uygunlaştıran : Çetin Bayramoğlu

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Ramiz Aqil oğlu Mirişli içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.